Allah sonsuz ağıldır, sonsuz gücdür. Sonsuz olan hər şeydir Allah. İnsanlar bəndə olaraq yaradılırlar. Bəndə olaraq yaradıldığında taleyi müəyyən olaraq yaradılır. Yəni başlanğıcı var insanın, lakin sonu yoxdur. sonu cənnətə və ya cəhənnəmə gedir. Amma burada bir son yoxdur. Məsələn siz indi bu yazını oxuyursunuz. Bu 2023-cü ildə baş verir, amma siz hələ doğulmamışdan əvvəl bu yazını oxumuşduz. Mən də hələ doğulmamışdan qabaq bu yazını yazmışdım. Sözlər müəyyən idi.
Məsələn bu gün havanın temperaturu, mənim zamanım, məkanım. Ətrafımdakı əşyalar, insanlar, bədənimdə 100 milyard hüceyrənin hər birinin hər an etdiyi əməliyyatlara qədər. Onların da taledə yerləri müəyyən idi. Bütün bu detallar müəyyəndir. Və heç bir şəkildə bu dəyişməz. Biz bəndə olduğumuz üçün taleyə tabe oluruq. Allahın yaratdıqlarını görərik.
Biz Allahın idarəsindəyik. Bu mövzuda, heç bir əziyyət çəkməməyimiz üçün, Allah taleni yaradıb. Çox böyük nemətdir. Məsələn sizin bu yazını oxuduqdan sonrakı düşüncələriniz və rəy yazmanız taledə müəyyəndir. Mənim rəylərə yazdığım cavabların hamısı taledə müəyyəndir. Hərflərinə qədər müəyyəndir. Onun üçün çətin olan heç bir şey yoxdur.
İnsanın nə edəcəyi, çətinlik çəkəcəyi heç bir şey yoxdur. Yalnız Allaha təslim olacaq, taleyə təslim olacaq. Allahın göstərdiyi gözəl görüntüləri (TV-də film izlər kimi) seyr edəcək və ona şükür edəcək, həmd edəcək. Onun böyüklüyünü dilə gətirəcək. Allahı zikr edəcək. SubhanAllah deyəcək. Yəni fərzləri yerinə yetirəcək.

