Tale nədir?

Taleyə iman rahatlıqdır

Allahın hər şeyi tale ilə yaratması ən böyük nemətlərdən biridir. Tale insanlar üçün çox böyük bir rahatlıqdır. Taleyə iman edən bir insan həyatı boyunca yaşadığı və yaşayacağı hər hadisənin Allahın taleyində yaratdığını bilərək bunun rahatlığını və mənəvi hüzurunu yaşayar.

Taleyə təslim olan insan rahatdır, çünki sabahından narahat deyildir. Sabah nə olacağını düşünüb naratçılıq və sıxıntı içinə girməz. Çünki, Allahın sabahı onun üçün ən xeyirli şəkildə yaradacağını bilir.

Taleyə inanan insan keçmişində etdiyi səhvlərinə görə də bədbin olmaz. Çünki keçmişdə o xətaları Allahın özü üçün yaratdığı tale çərçivəsində etdiyini bilir, bunun xeyir və hikmətləri haqqında düşünür. Peşmançılıq duyub tövbə edər, eyni səhvləri təkrarlamamağa cəhd göstərər. Taleyində Allahın həmin səhvlərini düzəltməsi, tövbə etməsi üçün bir çox hikmət və gözəlliklə yaratdığını bilir.

Taleyə inanan insanın içi çox hüzurlu olar, çünki heç bir zaman haqsızlığa düçar olacağından qorxmaz. Allaha güvənər, Allahın hər şeyi bildiyini, Allahın sonsuz ədalət sahibi olduğunu bilir. Qarşılaşdığı hər hadisənin, Allahın qarşısına çıxartdığı hər reaksiyanın, Allahın ona eşitdirdiyi hər sözün taleyində olduğunu bilir. Özü verdiyi hər cavabın, söylədiyi hər sözün Allah dilədiyi üçün söylədiyini bilir. Bütün bunların fərqində olan, hər şeyi taleyində Allahın möhtəşəm şəkildə yaratdığını bilən bir insan hüzurlu, təvəkküllü və xoşbəxt olar.

“Heç şübhəsiz, Biz hər şeyi tale ilə yaratdıq.” (Qəmər surəsi, 49) ayəsində bildirildiyi kimi, dünyadakı hər varlığın bir taleyi vardır. Evinizdəki əşyadan yolda gördüyünüz bir daş parçasına, quru bir ota, ya da meyvə verən bir budaqdan tutmuş da mağazadakı rəfdə duran qaba qədər kainatdakı canlı cansız bütün varlıqların Allah qatında təyin olunmuş bir taleyi vardır. Və hər əşya ya da hər canlı varlıq üçün yaradılan tale, sonsuz ağıl sahibi Allah tərəfindən təyin olunmuşdur.