Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq. Bizim əmrimiz bir göz qırpımında gerçəkləşər. (Qəmər surəsi, 49-50)
Tale Allahın keçmiş və gələcək bütün hadisələri “tək bir an” olaraq bilməsidir. İnsanların böyük bir hissəsi Allahın hələ yaşanmamış hadisələri öncədən necə bildiyini soruşur və talenin mahiyyətini anlaya bilmirlər. Halbuki “yaşanmamış hadisələr” yalnız bizim üçün yaşanmamışdır. Allah isə zamandan və məkandan münəzzəhdir. Onsuz da bunları yaradan Özüdür. Allah qatında “zaman” kimi bir anlayış yoxdur. Bu səbəbdən Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və hamısı olub-bitmişdir.

