Tale nədir?

“Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq. Bizim əmrimiz bir göz qırpımında gerçəkləşər.” (Qamər surəsi, 49-50)

Tale, Allahın keçmiş və gələcək bütün hadisələri “tək bir an” olaraq bilməsidir. İnsanların əhəmiyyətli bir hissəsi, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini soruşarlar və tale həqiqətini anlaya bilməzlər. Halbuki, “yaşanmamış hadisələr” bizim üçün yaşanmamış hadisələrdir. Allah isə zamandan və məkandan münəzzəhdir. Onsuz da bunları yaradan Özüdür. Allah Qatında zaman deyə bir anlayış yoxdur. Bu səbəblə, Allah üçün keçmiş, gələcək və indi hamısı birdir və hamısı olub bitmişdir.