Qolyan balığı qışda çaylarla qarışan isti bulaqların yaratdığı səhra adalarında yaşayır. Bundan əlavə, bu balıq müxtəlif duzluluq dərəcələrinə və su temperaturlarına davamlıdır. Qolyan balığı ətraf mühit şərtlərinə görə dözümlülük həddini dəyişdirə bildiyindən həm isti, həm də soyuq suda yaşaya bilər. Bununla birlikdə, 42°C və daha yüksək temperatur onun üçün ölümcüldür. Suyun istiliyindəki ən kiçik artımı da təsbit edə bildiyindən təhlükəli sahələri tərk edərək daha sərin sulara qaçır. Bədənindəki “natrium ion konsentrasiyasını” tənzimləyə bilən qolyan balığı üçün istər şirin, istərsə də duzlu olan istənilən su məkan ola bilər. (“Görsel Bilim ve Teknik Ans” jurnalı, cild 8, səh. 2612)
Suyun temperaturunu ölçə bilən Qolyan balığı
