Şüursuz ağacın heyrətləndirən strategiyası

Ağcaqayın, xüsusilə Şəkər ağcaqayının gənc budaqlarını və yarpaqlarını zərərvericilərdən qorumaq üsulu insanlar tərəfindən istehsal olunan pestisidlərdən daha təsirli olur. Şəkər ağcaqayının gövdəsində şəkərli su olsa da, yarpaqlarına “tanin” adlı maddə göndərir. Bu, həşəratları qıcıqlandıran maddədir. Taninli yarpaqları yeyən böcəklər qurtulmaq üçün daha az tanin olduğu üst yarpaqlara qalxarlar. Ancaq yuxarı yarpaqlar quşların ən çox üz tutduğu yerlərdir. Buradan qaçan böcəkləri quşlar ovlayır. Şəkər ağcaqayını bu strategiyası sayəsində böcək hücumlarından az ziyanla xilas olur. (“Bilim ve Teknik” jurnalı, sayı 304, səh. 226)