Əvvəlcə onu deyim, tarix də Zülqərneyn adlı heç bir hökmdar olmamışdır, bu Axırzamanda zühur edəcək hz. Mehdidir, Allahu aləm.
Peyğəmbərimizin (s) hədislərində Axırzamanın bir çox özəlliyi bildirilir. Bu dövrdə Allah Hadi (hidayət verən) sifətini daşıyan bir şəxs (Mehdi) ilə, inkarçı fəlsəfə və ideologiyaları ortadan qaldıracaq və dünyanın dörd tərəfində davam edən zülmə və ədalətsizliyə son qoyacaq. Mehdinin ən mühüm vəzifəsi dinin Peyğəmbərimiz (s) dövründəki kimi olmasını təmin etmək, Quran əxlaqını insanlar arasında hakim etmək, bütün dünyada sülh və əmin-amanlığı bərpa etməkdir. Peyğəmbərimizin (s) aşağıdakı hədisində isə Mehdinin Hz. Süleyman və Hz. Zülqərneynlə oxşar xüsusiyyətinə diqqət çəkilir:
“Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək” (Əl-qavlul muxtəsər fi əlamatil Mehdiyil muntazar, səh. 29).
Dünyada böyük hakimiyyət qurduğu Quranda bildirilən müsəlman liderlərdən biri Hz. Zülqərneyndir. Hz. Süleymanın həyatı ilə Hz. Zülqərneynin həyatı arasında bir çox oxşarlıqlar vardır.
Allah Hz. Zülqərneynə də eynilə Hz. Süleymanda olduğu kimi “onu da yer üzərində möhkəmləndirib qüvvətləndirdiyini və hər şey verdiyini” (Kəhf surəsi, 84) bildirmişdir.
Ayədəki “möhkəmləndirmək” ifadəsi ilə həm maddi, həm hərbi, həm də siyasi baxımdan güclü bir iqtidarın vacibliyinə diqqət çəkmiş ola bilər. Hz. Süleymanın bu gücü nəticəsində şərqdən qərbə böyük bir coğrafiyaya sahib olmuş, nizam vermiş bir liderdir.
Quranda Hz. Zülqərneynə “hər şeydən bir yol (səbəb)” (Kəhf surəsi, 54) verildiyi bildirilir. Bu ifadə ilə Hz. Zülqərneynin fərasətli, bəsirətli, ağıllı, hər şeyə çarə tapan bir lider olduğuna işarə edilir. Quranda Hz. Süleyman da cinlərin, şeytanların idarə edilməsindən tutmuş dövlət idarəçiliyinə qədər hər mövzuda üstünlükləri göstərilən bir peyğəmbərdir.
Quranda digər tayfaların ondan kömək və problemlərinə çarə istədikləri xəbər verilir. İdarəçiliyi altında olmayan cəmiyyətlər belə onu “yer üzündə qarışıqlığın və fitnənin qarşısını alan bir insan” kimi görməkdə, böhran içində yaşayan xalqlar ona müraciət etməkdədirlər. “Kəhf” surəsindəki “iki səddin önündə, heç bir sözü anlamayan” şəklində tanıdılan bir qövmün ondan yardım istədiyi belə bildirilir:
“Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc-Məcuc bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?” (Kəhf surəsi, 94).
Hz. Süleymanın çox güclü ordusu vardı. “Nəml” surəsində bu şəkildə bildirilir:
“Durma, onların yanına qayıt! And olsun ki, gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (Nəml surəsi, 37).
Hz. Zülqərneynin də Hz. Süleyman kimi çox böyük bir hərbi gücə malik olduğunu yenə “Kəhf” surəsindəki bəzi ayələrdən anlayırıq:
“…Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara əzab da verə bilərsən, onlarla yaxşı rəftar da edə bilərsən!” O belə cavab verdi: “Zülm edənə əzab verəcəyik, Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. Rəbbi də ona görünməmiş bir əzab verəcəkdir!” (Kəhf surəsi, 86-87).
Hz. Zülqərneyn yer üzündə qarışıqlıq salan inkarçı toplumları əzaba düçar edir, onların insanlara zülm etməsinə izn vermir. Bunu da böyük hərbi gücü sayəsində həyata keçirir. Bu ayələrdən belə anlaşılır ki, dünyaya hakim olacaq bir dövlətin çox böyük hərbi gücü olmalıdır.
Hz. Süleyman kimi Hz. Zülqərneynin də çox ədalətli, haqqa niyyətli olduğunu Qurandakı hekayələrdən görürük. Hz. Zülqərneyndən yardım istəyən bir xalqa həmin anda yardım etməsi bunun dəlillərindəndir. Hər iki hekayədə adil bir rəhbərə diqqət çəkilməsi də bunu göstərir. Dünyanın dörd bir yanında təhlükəsizliyi, asayişi, ədaləti qoruya bilmək üçün əsgər və polis gücü ilə yanaşı çox güclü bir hüquq sistemi də böyük əhəmiyyət kəsb edir.

