Şükür etmək

Şükür etmək, verilən hər bir nemətə görə dil və qəlblə Allaha olan minnət və təşəkkürünü ifadə

Şükür etmək, verilən hər bir nemətə görə dil və qəlblə Allaha olan minnət və təşəkkürünü ifadə etmək, həmin nemətləri Quranda göstərilən şəkildə istifadə edərək haqqını vermək deməkdir.

Qəlb və dil ilə yanaşı, şükrün əməldə olması da çox mühümdür. Bu da verilən neməti Allah yolunda, Allah rizasının daha çox gözlənildiyi yöndə dəyərləndirməklə mümkün olur. İnsan mal-mülk, var-dövlət, zənginlik, vəzifə, etibar, zəka, sağlamlıq, güc kimi nemətlərdən Allah yolunda və Allahın əmr etdiyi şəkildə istifadə etməsə, o, verilən nemətin şükrünü haqqıyla yerinə yetirməmiş olur.

Buna görə də şükür etmək Quranın bir çox ayəsində təkrarlanan və möminlərin çox diqqətlə qorumalı olduqları bir ibadətdir.

Mömin şükür etməklə Allahın sevgisini və razılığını qazanır, Ona daha çox yaxınlaşır. Səbəblərə, vasitələrə ilişib qalmır, sahib olduğu hər şeyin yalnız Allahdan gəldiyini bilir və Ona şərik qoşmaqdan uzaqlaşır. Bu şəkildə verilən nemətin maddi zövqündən dəfələrlə artıq olan mənəvi zövqü alır. Verilən bu nemətlər vəsiləsi ilə Allahı vəsf edib ucaldır.

Vicdanı olan bir insan ətrafına baxdığı zaman hər tərəfdən Allahın nemətləri ilə əhatə edildiyini, bu nemətlərə hər hansı bir qüvvənin köməyi ilə deyil, yalnız Allahın diləməsi ilə qovuşa biləcəyini dərk edir. İnsanın özünə aid hesab etdiyi bədəni, ağlı və zəkası, hissləri, sağlamlığı və gücü də həmin nemətlərin yalnız bir hissəsidir.

Bu səbəbdən şükür etmək yalnız müəyyən zamanlarda böyük bir qazanc və ya fayda əldə edildikdə, gözəl yemək yeyildikdə və ya təhlükə və fəlakətdən sağ-salamat xilas olduqda dilucu “Əlhəmdülillah, Allaha çox şükür” demək deyil. Şükür hər zaman bütün qəlblə yaşanacaq ruh halıdır.