Şuəra Surəsi, 23-28-ci Ayələr

Firon dedi: “Aləmlərin Rəbbi nədir?” Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?” Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!” Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!” (Şuəra surəsi, 23-28)