Suda yeriyən kərtənkələ

Suda yeriyən kərtənkələ saniyədə 20 addım ataraq suyun üstündə sürətlə qaçır

Suda yeriyən kərtənkələ saniyədə 20 addım ataraq suyun üstündə sürətlə qaçır. Ayaqları suya dəydiyi zaman hər bir barmaq qısılaraq ayağın üst hissəsinin genişlənməsini və suyu asanlıqla itələnməsini təmin edir. Beləliklə, ayaqlar bədənin ağırlığını tarazlayır. Kərtənkələnin ayaqları suyu itələdikdə kiçik hava şarı əmələ gətirərək özünə dəstək yaradır və digər ayağın hərəkətini tamamlayaraq suya dəyməsi üçün vaxt qazandırır. Ağırlıq ikinci ayağa ötürülərkən, kərtənkələ kiçik hava şarı yox olmadan əvvəl, birinci ayağını sudan çəkir. Kiçik hava şarı çox vacibdir, çünki kərtənkələnin ayağı birbaşa suya toxunsa, yıxıla bilər. Kərtənkələnin hərəkətini insanla müqayisə edək: o, bu hərəkəti həyata keçirmək üçün saniyədə 30 metr qaçmalı və maksimum əzələ dartınmasını 15 dəfə artırmalıdır ki, bu da qeyri-mümkündür. Bu həqiqətlər qarşısında Allah bir ayəsində möminlərin davranışını belə bildirir:

Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 191)