Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür misallar çəkdik

Quran haqla batili bir-birindən ayırır

İnsanlar üçün hidayət rəhbəri olan Quran, haqla batili bir-birindən ayırır. İman edənlər üçün Allah Qatından rəhmət olaraq göndərilmişdir. Açıq və aydındır. İnsanlar üçün öyüd-nəsihət və xəbərdarlıqdır.

Yuxarıdakı ayədə də diqqət çəkildiyi kimi, Quranda insanların həyatı boyunca ehtiyac duya biləcəkləri bir çox mövzu haqqında izahlar və nümunələr vardır. İnsanın necə əxlaqa sahib olmasından gündəlik həyat tərzinə, insanlarla əlaqələrindən ticarət həyatına, yerdəki və göydəki bənzərsiz yaradılış dəlillərindən gələcəklə bağlı işarələrə qədər müxtəlif məlumatlar mövcuddur. Allahın “… Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq…” (Ənam surəsi, 38) ayəsi ilə də bildirdiyi kimi din əxlaqını yaşamaq istəyənlər üçün Quranda hər şey ətraflı olaraq açıqlanmışdır. Quranın bu xüsusiyyəti ayələrdə bu şəkildə bildirilir:

(De:) “Allahdan başqa bir hakimmi istəməliyəm?! Halbuki sizə Kitabı təfsilatlı olaraq nazil edən Odur”. Kitab verdiyimiz kimsələr onun Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Ona görə də əsla şübhəyə düşənlərdən olma! Rəbbinin sözü doğru və ədalətli olaraq tamamlanmışdır. Onun sözlərini dəyişdirə bilən heç kəs yoxdur. O, hər şeyi eşidəndir, biləndir. (Ənam surəsi, 114-115)

…Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)