Allahın şeytan haqqında bildirdiyi məlumat onun hiyləsinin zəif olduğu və insanlar üzərində heç bir təşviqedici təsirinin olmadığıdır.
Vəsvəsə şeytanın insanları Allahın yolundan uzaqlaşdırmaq, onları boş və məqsədsiz işlərlə məşğul edərək vaxtlarını almaq məqsədi ilə pıçıldadığı yanıldıcı sözlərdir. Şeytan bu yolla insanlara hüzn, qorxu, çətinlik verməyə, aralarını açmağa, Allah, Quran və ya din haqqında şübhəyə salmağa çalışır. Haqq olmayan mövzularda insanları uzun və səbəbsiz vəsvəsələrə salar.
İman edən qulların üzərində şeytanın bir təsiri yoxdur. Bəzən şeytan iman edənlərə də etdikləri işdə, işlədikləri əməldə vəsvəsə verməyə çalışa bilər.
Möminlər uzun-uzun oturub şeytandan gələn vəsvəsələri düşünərək vaxt itirməz, vəsvəsələrlə Allahın razı olmayacağı, möminə yaraşmayacaq hüznlü ruh halına girməzlər. Bir çətinlik, Qurana uyğun olmayan bir düşüncə hiss etdikdə dərhal düşünərlər. Bunun Allahın razı olmayacağı şeytandan gələn bir vəsvəsə olduğunu anlayarlar. Dərhal Allahı və Quran ayələrini düşünərək şeytanın pıçıldamalarından xilas olarlar.

