Su insan vücudu, əşya və ev təmizliyində lazım olan ən əsas maddədir. Suyun adi gözlə görünən çirkləri və görünməyəcək qədər kiçik olan bakteriyaları təmizləməklə bərabər insana rahatlıq verən başqa bir xüsusiyyəti də var. Su insanda yığılan, ona yorğunluq və halsızlıq hissi verən statik elektrik cərəyanının da bədəndən atılmasını təmin edir. İnsan öz bədənində əmələ gələn statik elektriki gözlə görə bilməz.
İnsan yuyunanda isə öz üzərində toplanan bu statik elektrikdən xilas olur, bu səbəblə də bütün vücudunda yüngüllük və rahatlıq hiss edir. Yağışdan sonra havada əmələ gələn sərinlik və fərəh hissi də suyun havadakı statik elektriki təmizləməsindən yaranır. Allah bu elmi həqiqəti Quranın bir ayəsində belə bildirir:
“O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı.” (Ənfal surəsi, 11)
