Sosial şəbəkələr Allaha xidmət üçün istifadə edilməlidir

Texnologiyanın inkişafı və yeni kəşflərlə hər cəmiyyətdə zaman keçdikcə müxtəlif yeniliklər

Texnologiyanın inkişafı və yeni kəşflərlə hər cəmiyyətdə zaman keçdikcə müxtəlif yeniliklər yaşanır. Keçmişdə necə televiziya, internet, ya da mobil telefonları kimi vasitələrin insan həyatına daxil olması ilə cəmiyyətlərdə müxtəlif dəyişikliklər yaşandısa, eləcə də bu dövrdə kiçik, ya da böyük olan hər yenilik insanların həyatına böyük dəyişikliklər gətirir. Belə ki, son illərdə insanların tanış olduğu bu yeniliklərdən biri də internet istifadəçiləri arasında özünə geniş yer tapan “İnstagram”dır. Dünyanın hər tərəfindən çox geniş kütlə müxtəlif məqsədlərlə özünü tanıtmaq, ifadə etmək və dost tapmaq üçün İnstagramdan istifadə edir.

İnternet Allahın Axırzamanda inananlar üçün yaratdığı çox böyük nemətdir. İnsanlara bir neçə saniyə ərzində istədikləri hər mövzuda ən doğru məlumatları verə bilən vəsitədir. Bundan əlavə, bir neçə saniyə ərzində internet vasitəsilə eyni anda milyonlarla insanla dialoq qurmaq imkanı da vardır. Şübhəsiz ki, bu, Allahın bəyəndiyi əxlaqı insanlara izah etmək və bütün dünya insanlarının Allaha iman etməsini səmimi şəkildə istəyən müsəlmanlar üçün çox əhəmiyyətli vasitədir.

Ancaq bir tərəfdən də internet imkanı olan bir çox insanın ən səmərəli saatlarını telefon arxasında məqsədsiz olaraq keçirdiyi də məlumdur. Üstəlik internetdəki mövzu, məlumat və imkan müxtəlifliyi də insanları asanlıqla bu vəziyyətə sala bilir. İnsan bir mövzuda məlumat əldə etmək üçün girdiyi internet səhifəsində rahatlıqla məqsədindən uzaqlaşa bilir və diqqətini çəkən fərqli mövzulara yönələrək saatlarla vaxt itirir.

Beləliklə, İnstagram səhifələri də eyni şəkildə insanları asanlıqla saatlarla telefona kilidləyib vaxt itirmələrinə səbəb olan vasitədir. Bəzi insanlar yoldaşlarını tapa bilmək, bəziləri yeni tanışlar əldə etmək, bəziləri də yeni iş imkanları tapa bilmək məqsədilə günlərinin böyük hissəsini bu səhifələrdə keçirirlər. Bir çox insan bu əsnada internet, ya da İnstagram mədəniyyətinə özünü qapdırır, öz xarakterindən uzaqlaşaraq burada yaşanan üsluba və xarakterə uyğunlaşır…

I …Halbuki, hər nemət kimi internetin də, İnstagramın da Allahın rizasına uyğun şəkildə istifadə edilməsi əsasdır. Bir mömin hər zaman əlindəki imkanları ağlını və vicdanını əsas götürərək qiymətləndirər. Bu imkanların onu istiqamətləndirib idarə etməsinə icazə verməz. Məsələn, müsəlman sağlamlığına zərər verəcək yeməkləri yeyərək yeməyin əsirinə çevrilməz. Gözəl geyinmək üçün bütün pulunu geyimə xərcləyib digər ehtiyaclarını ödəyə bilməyəcək hala düşməz.

Bunun kimi, internetdən, ya da İnstagramdan istifadə edərkən də möminin məqsədi “Allahın rizasını axtarmaq”dır. Müsəlman internetin, ya da İnstagramın özünü əsir etməsinə yol verməz. İnternet qarşısında, İnstagram səhifələrində nə qədər vaxt keçirəcəyinə və bu müddət ərzində hansı məqsədlə nə edəcəyinə ağılla və vicdanla qərar verər. Saatların necə keçdiyinin də fərqinə varmayacaq şəkildə şüursuzca və məqsədindən uzaqlaşaraq İnstagram mədəniyyətinə özünü qapdırmaz. İnternet xaricindəki xarici dünya ilə sanki əlaqəsini kəsmiş şəkildə ətrafındakılara əhəmiyyət vermədən, bütün diqqətini telefon ekranındakı İnstagram dünyasına verməz.

İnsan instagramdan istifadə edərək öz məntiqinə əsasən faydalı işlər görməyi hədəfləyə bilər, ancaq mömin eyni anda Quran əxlaqını hərtərəfli yaşamaqla məsuliyyət daşıyır. Buna görə də insanın bir tərəfdən “yaxşı bir iş görüm” deyərkən, digər tərəfdən çox gözəl əxlaq xüsusiyyətindən uzaqlaşması əlbəttə ki, səhv olar. Mömin telefon arxasında olduğunda da ətrafından qopmadan, yanındakı insanlara qarşı ən həssas və ən gözəl əxlaqı göstərə bilməlidir.

Müsəlman instagram, ya da buna bənzər imkanlardan istifadə edərkən həyatının hər anında olduğu kimi çox şüurlu olmaqla məsuldur. Mömin iş görərkən, telefonda danışarkən, televizora baxarkən, qəzet, ya da jurnal oxuyarkən, söhbət edərkən hər saniyəsinin, hər hərəkətinin, hər sözünün Allahın rizasına uyğun olub-olmadığını düşünərək hərəkət edər. Beləliklə, internetdə fəaliyyətdə ikən də eyni şəkildə bu dərrakədə olmalıdır.