Sonsuza qədər yaşamaq istəyi

Allahın və axirətin varlığına qəti olaraq iman etməyən “cahil” cəmiyyəti mənsublarının ən

Allahın və axirətin varlığına qəti olaraq iman etməyən “cahil” cəmiyyəti mənsublarının ən diqqətə çarpan xüsusiyyətlərindən biri, “heç ölməyəcəkmiş kimi” yaşamalarıdır. Bu cəmiyyətdə ölüm, hər kəsin bildiyi amma qəti şəkildə danışmadığı, adını ağzına almadığı bir mövzudur. Bütün planlar ölüm yox sayılaraq edilər. Sanki “bu dünya” da sonsuza qədər yaşayacaqmış kimi sərvət yığarlar. Bütün planlar, ölüm göz qarşısına alınmadan edildiyi üçün, bu qaçınılmaz sondan bəhs etmək “boşboğazlıq, kobudluq” olaraq qəbul edilir.

Məhz cahil cəmiyyətin insanları yanlış məntiq üzrə yaşadıqlarının ən açıq göstəricilərindən biri də budur. Hər insan, “hər kəs ölümü dadacaqdır” (Ali İmran surəsi, 185) hökmü gərəyi mütləq öləcəyinə görə, ölüm həqiqəti nəzərə alınmadan qurulan bir həyat əlbəttə, çürük təməl üzərinə qurulmuş olar. Halbuki, insan mütləq ağlını və vicdanını istifadə etməlidir;

– Özünə sonsuz həyat istəyi verildiyinə görə, nə üçün orta hesabla 60-70 il kimi qısa müddət yaşadılıb, sonra da həyatına son verildiyini oturub düşünməlidir.

– Ölümü düşünməyərək heç bir şəkildə ölümdən qaça bilmədiyini, ancaq ovçudan qaçmaq üçün başını quma soxan dəvəquşu kimi ağılsızlıq etdiyini fərq etməlidir.

– Özünü ən mükəmməl bir şəkildə, bir spermadan yaradan Allahın, onu yenidən dirildib yaşatma gücünə sahib olduğunu qavramalıdır.

– Və onu öldükdən sonra yenidən dirildib yaşadacağını yüzlərlə ayədə vəd edən və xəbər verən Allahın, bu sözünü əlbəttə tutacağını bilməlidir.

O zaman ölümün yox olmaq deyil, axirətə keçid olduğunu qavramağa başlaya bilər.

– Bu vəziyyətdə ölümdən qorxmağın bir mənası olmadığını anlaya bilər. Onsuz da ölümdən qorxmağın bir faydası yoxdur, çünki ölüm qaçınılmazdır. Hər kəs taleyində təyin olunan zamanda öləcək.

Elə isə, madam həyat çox qısadır, bu həyatdan sonra sonsuz həqiqi həyat vardır və madam o sonsuz həyat, bu dünyada Allahın razılığını axtararaq qazanılacaq, bu vəziyyətdə;

– İnsanın buradakı qısa və dəyərsiz həyatından çox, ölümdən sonra başlayacaq həqiqi həyatını düşünməsi lazımdır. Bu həqiqəti qavramış olan möminlər “ixlas sahibləri”dirlər. (Sad surəsi, 46)

– Dünyada əldə ediləcək sərvət və imkanlara ehtirasla bağlanmağın bir mənası yoxdur. Heç kim nə malını, nə gözəlliyini, nə gücünü, nə ailəsini, nə də şöhrətini axirətə apara bilməz. Bunların heç biri məzardakı insana yoldaşlıq edə bilməz. Məzara girən yalnız kəfənə sarılı bir bədəndir; o da qısa bir müddət içində qurdlanıb çürüməyə başlayacaq.

– Bu dünyadan axirətə aparılacaq tək şey Allah rizası üçün edilmiş olan saleh əməl və ibadətlərdir. O zaman bu dünyada qısa müddət üçün insana verilmiş olan nemətlər (sağlamlıq, gözəllik, sərvət və s.), axirətdə əbədi olaraq və çox daha gözəli ilə yenidən insana veriləcək.

– Bu həqiqəti qavramayaraq malını və bədənini Allah rizası üçün xərcləməkdən çəkinib “xəsislik” edən, öz axirətini məhv etməklə əslində özünə xəsislik edir.

Bunları qavraya bilməyən və dünyaya böyük bir sevgi ilə bağlanmış olanlar, özlərini guya “ölümsüz”ləşdirməyə çalışarlar. “Geridə adını davam etdirəcək bir şey qoymaq” istəyi bu səbəbdəndir. Bunun müxtəlif formaları vardır:

– Bəziləri arxalarında “adlarını davam etdirəcək” əsərlər qoymağı düşünər. (Şuəra surəsi, 128-129).

– Bu psixologiyanın ən diqqətə çarpan nümunələrindən biri də “uşaq böyütməyə” qarşı olan həddindən artıq istəkdir. Axirəti ümid etməyənlər, ümumiyyətlə arxalarında adlarını xatırlayıb, davam etdirəcək uşaq qoymaq həvəsində olurlar. Xüsusilə oğlan uşağı istənilməsinin də səbəbi budur.

Əlbəttə, insanın gözəl əxlaqlı, xeyirli insanlar yetişdirmək istəməsi məqbuldur. Ancaq cahilliyin yanlış sistemində insanların bu istəyinin səbəbi Allahın razı olması deyil, öz eqoizmlərini təmin etmək, öz ağıllarına görə dünyada qalıcı bir ad qoymaqdır.

Halbuki Qurana baxdığımızda möminlərin uşaq sahibi olmağı, ancaq Allahın razılığı üçün istədiklərini və uşaqlarını da Allah rizasına uyğun olaraq böyütdüklərini görərik. Peyğəmbərlərin çoxu, yaşadıqları dövr və mühitdə belə imkanları olmadığı üçün uzun müddət uşaq sahibi olmamış, ancaq yaşlandıqları zaman özlərindən sonra din əxlaqını təbliğ edərək, müdafiə etməyə davam etməsi üçün Allahdan uşaq istəmişlər.