“Sonra tövbə edərəm” demək doğrudur?

Bu, bir çox insanın yalnışa düşdüyü son dərəcə səmimiyyətsiz bir düşüncədir

Bu, bir çox insanın yalnışa düşdüyü son dərəcə səmimiyyətsiz bir düşüncədir. Allah bütün qəlbləri, qəlblərdəki gizlinin gizlisini bilir. Allah ancaq etdiyindən səmimi olaraq peşmanlıq duyan və rəftarını qəti olaraq düzəldən insanın tövbəsini qəbul edəcəyini bildirmişdir. “Necə olsa Allah məni bağışlayar” deyərək günaha girənlər axirətdə hər etdiklərindən ötrü sorğulanacaqlar və bir qarşılıq görəcəklər.

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)