Son sözü demək xəstəliyi

Ətrafınızdakı insanları bir neçə saat müşahidə etsəniz, böyük əksəriyyətinə hakim olan vacib

Ətrafınızdakı insanları bir neçə saat müşahidə etsəniz, böyük əksəriyyətinə hakim olan vacib bir xüsusiyyəti görərsiniz: insanlardakı bu xəstəliyi görmək üçün mütləq çox əhəmiyyətli mövzulardan danışmağa ehtiyac yoxdur. Bəzən dilə gətirilən bir xatirə, hansısa bir yeməyin tərifi, bəzən tamaşa edilən bir televiziya proqramı, yaşanan gündəlik bir hadisə, bəzən də oxunan adi bir qəzet xəbəri belə insanlardakı bu xəstəliyi ortaya çıxara bilər. Əlbəttə ki, bu qədər adi gündəlik söhbətlərdə belə bu rəftarı göstərən insan daha əhəmiyyətli və həyati mövzular olduqda son sözü özündən başqa kiminsə deməsinə icazə verməz.

Bir çox insan özündəki bu vərdişi şəxsiyyətli olmaq, iştirakçı olmaq, ağıllı hərəkət etmək, və ya şəxsiyyətini ortaya qoymaq kimi düşüncələrlə təyin edə bilər. Amma nə cür adlandırılsa da, son sözü demək vərdişi böyük çatışmazlıqdır.

Üstəlik, insan, həqiqətən, çox ağıllı ola bilər. Hamıdan daha təcrübəli, daha əsaslı düşünə bilər. Ancaq bütün bu şərtlər bir yerdə olsa belə, insanın yalnız öz ağlına güvənməsi, öz dediyində təkid etməsi və heç kimin düşüncəsinə etibar etməməsi bir çox cəhətdən səhvdir.

Halbuki, gözəl əxlaqlı insan haqlı çıxmağı deyil, Müsəlman qardaşlarına sevgi, hörmət, təvazökar və xoş yanaşmağı, ən doğrunu bilsə belə, mövzunu mütləq onların könüllərini alıb mehribanlıqla, onların razı qalacağı şəkildə həll etməyi düşünməlidir. İnsanın doğru olan bir şeyi tətbiq etməsinin bir sıra gözəl yolu var. Şəxsin bütün bu gözəl əxlaq xüsusiyyətlərinə əhəmiyyət vermədən, yalnız doğru bildiyini söyləyib keçməsi isə Quran əxlaqına uyğun deyil.