Əsl yaxşılıq nədir?

Cəmiyyətdəki insanlar tərəfindən müəyyən edilən bir “yaxşılıq” anlayışı var. Yolda gördüyü dilənçilərə pul verən, insanlara qarşı daim gülərüz olan, kiçik işlərdə kömək etməyə çalışan insanlar “yaxşı insanlar” kimi təyin olunurlar. Əlbəttə ki, bunlar gözəl və yaxşı davranışlardır, amma Allahın razı olacağı yaxşılıq məhdud bir anlayış deyil. Həqiqətən inanan və bütün həyatını Allahın razı olacağı şəkildə təşkil edən insan həqiqətən “yaxşı insan”dır. Allah əsl yaxşılığın nə olduğunu ayələrindən birində belə izah etmişdir:

Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)