Bəzi insanlar sadəcə müəyyən şeylərin beyində meydana gələn görüntülər olduğunu düşünərək bəzi hadisələrdə bu həqiqəti unudurlar. Əslində isə, baş verən hadisənin nə olduğundan asılı olmayaraq, insan həyatının hər anında beynindəki xəyali görüntüləri yaşayır. Məsələn, iflas edən iş adamı beynindəki iş yeri görüntüsündə, beynində əmələ gələn insan görüntüləri ilə təmasda olur. Satdığı əşyanın, bu əşyanın əvəzində aldığı pulun hamısı zehnində yaranan hisslərdir. Bu insan bütün pulunu itirdikdə, əslində, pulun görüntüsünü itirir. İş yeri və bütün əşyaları müsadirə edilən insan beynində əmələ gələn əşya və iş yeri görüntülərini itirir. Avtomobili oğurlanan insan da yenə zehnində tamaşa etdiyi avtomobil xəyalını itirmişdir. Həyatı boyu bir an belə təmasda olmadığı, amma buna baxmayaraq, sahib olduğu görüntünü artıq görə bilmir.
Sadəcə bunlar da deyil, həyatı boyu yaşadığı bütün çətinliklər insanın beynində əmələ gəlir. Məsələn, müharibə edən ölkədə hər an ölüm təhlükəsi altında yaşayan, düşmən əsgərlərinin hücumu ilə hər an qarşı-qarşıya gələn insan beynində əmələ gələn düşmən əsgərlərinin görüntüsü ilə qarşı-qarşıyadır. Hücum zamanı yaralanan, qolunu itirən insan da beynindəki qol görüntüsünü itirir, bütün ağrı hissi beynində hiss kimi əmələ gəlir. Düşmənin hədə-qorxuları, kinli və təcavüzkar sözləri də beynində əmələ gələn səslərdən ibarətdir.
Beləliklə, çətinliklər, sıxıntılar, qorxu meydana gətirən hadisələr də insanın beynində meydana gələn xəyallardır. Gördüyü görüntülərin həqiqi tərəfini bilən insan isə bu çətinliyə görə sıxıntı keçirməz, bunlara görə şikayətlənməz. Ən təcavüzkar və təhlükəli düşmənin qarşısında belə beynindəki xəyallarla qarşı-qarşıya olduğunu bilərək qorxu və ümidsizliyə qapılmaz. Hər birinin Allahın yaratdığı görüntülər olduğunu və Allahın bunları hikmətlə yaratdığını bilər. Nə ilə qarşılaşsa da, Rəbbimizə olan təslimiyyət və etibarın verdiyi rahatlığı yaşayar.
Allah bir çox ayəsində inananlar üçün qorxu və kədərin olmayacağını bildirmişdir:
Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! (Əhqaf surəsi, 13)
Həyatı boyu gördüyü bütün hadisələrin, eşitdiyi bütün səslərin Allahın beynində yaratdığı görüntüləri ilə təmasda olduğunu bilən insan qorxmaq, boş yerə sıxılıb kədərlənmək və təşvişə düşmək əvəzinə bu görüntülərin və özünün yaradanı olan, sonsuz dərəcədə mərhəmətli və şəfqətli olan Allaha təvəkkül edər.

