Şirk

Şirk, bir insanın Allaha ortaqlar qoşması, Allahın xaricində ilahlar qəbul etməsi deməkdir

Şirk, bir insanın Allaha ortaqlar qoşması, Allahın xaricində ilahlar qəbul etməsi deməkdir. Şirk qoşan insanın ilah etdiyi dəyərlər, bir insan və ya hər hansı canlı ola biləcəyi kimi, bir ehtirası və ya bir idealı həyatının məqsədi halına gətirmək də ola bilər. İnsan bu dəyərləri Allahın razılığını qazanmaqdan daha əhəmiyyətli görürsə, ona Allahdan daha çox, ya da bərabər sevgi duyarsa, məhz o insan Allaha şirk qoşur deməkdir.

Quranda izah edilən şirk budur; ancaq insanların çoxu şirkin bu real mənasından xəbərsizdirlər. “Allaha ortaq qoşmağı” peyğəmbər dövründə yaşayan kəslərin daşdan yonduqları bütlərə tapınmaları olaraq izah edərlər. Halbuki dövrümüzdə şirkin minlərlə fərqli növü yaşana bilməkdədir.

Bir insanın Allaha inandığını söylədiyi halda, həyatını Allahı məmnun etmək üçün keçirməməyi, Onun bildirdiyi ibadətləri yerinə yetirməməyi, Rəbbimizin bəyəndiyi əxlaqı yaşamamağı, bunun yerinə həyatını yalnız öz dünyəvi ideallarını reallaşdırmaq üçün sərf etməsi də şirkdir. Yenə eyni şəkildə özünü yaradan və saysız nemət təqdim edən Yaradıcımızı unudub, bir başqa varlığı Allahdan daha çox sevib, ona daha çox qiymət verməsi, Allahı razı edəcəyi yerdə, ağlını və vaxtını onu xoşbəxt etməyə və özünü ona sevdirməyə sərf etməsi də şirkdir. İnsanlardan yoldaşını, uşaqlarını, anasını, atasını, evliliyini, məktəbini, peşəsini, malını, dünyəvi ehtiraslarını, hətta özünü belə Allaha şirk qoşa bilən kəslərə rast gəlmək mümkündür. Bu kəslər gözlərində böyütdükləri bu anlayışları, ya da kəsləri bir mənada ilahlaşdırmaqla və bütün hərəkətlərini də bu dünyagörüşünə görə təşkil etməklə bu səhvə yol verərlər. Halbuki Allahdan başqa ilah yoxdur və bu həqiqətə zidd əxlaqı yaşamaq da Allah adına yalan danışmaq və Allahın böyüklüyünü gərəyi kimi təqdir edə bilməmək olar…

I Özünü və bütün kainatı qüsursuz şəkildə yaradan Allahın sonsuz qüdrətini təqdir edə bilməyən belə bir insan da, şübhəsiz açıq şəkildə ağılsızdır. Çünki şirk qoşan insan həm dünyada hüzurlu həyat yaşaya bilməz, həm də axirətdə Allahın əzabı ilə qarşılaşar. Allah Quranda şirk qoşanların bütün hərəkətlərinin boşa çıxacağını xəbər verər:

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. (Zumər surəsi, 65)

Həmçinin başqa bir ayədə şirk qoşanların bağışlanılmayacağı da bildirilər:

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

Bir başqa ayədə isə hz. Loğmanın, oğluna verdiyi bir nəsihət şirkin zülm olduğunu xatırlatdığına diqqət çəkilmişdir:

Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman surəsi, 13)

Ayədə də görüldüyü kimi Allah şirki bir zülm olaraq xarakterizə etmişdir. Şirk, insanın Allaha qarşı günah işləməsi ilə yanaşı eyni zamanda özünə də zülm etməsidir. Çünki şirkə düşən insan böyük yanılmaya düşdüyü üçün, bu səhv məntiq üzərinə qurduğu həyatı da saysız səhvlərlə doludur. Bu vəziyyətdə Allaha şirk qoşan insan üçün ağıldan və ağlın qazandırdığı nemətlərdən söz edə bilmək mümkün deyil. Çünki Allah inkar edənlərin və Allaha qarşı böyüklənib haqsız yerə böhtan atanların ürəklərini möhürləyər və anlayışlarını bağlayar.

İnsan belə bir vəziyyətdən xilas ola bilmək və həqiqətən ağılla düşünən biri ola bilmək üçün, Allahın böyüklüyünü təqdir edə bilməli və Ondan başqa ilah qəbul etməməlidir. Çünki ağlın üzərindəki örtü ancaq bu şəkildə qalxa bilər və ağıl ancaq bu şəkildə açıla bilər.