İnsanlar dua etmədikləri üçün gizli şirkə çox girərlər. Məsələn başı ağrıyar gedər dərman qəbul edər və baş ağrısının keçməsini gözləyər. Dərman ağrını keçirəcək deyir. Xeyr, Allah keçirəcək. “Ey Rəbbim bu vəsiləni təsirli et” deyəcəksən. “Ey Rəbbim bu dərdi üzərimdən götür” deyəcəksən. “Bu dərmanı vəsilə et” deyəcəksən. Müsəlman gizli şirkə qarşı 24 saat ayıq olacaq. Şirk tez-tez insanın qarşısına gəlir. İnsan şirkdən qaçar, şirk insanı təqib edər. Şirk, insanı tutduqda mömin dərhal silkələnilib ondan xilas olacaq.
Şirk tez-tez insanın qarşısına çıxar
