Şirk qoşmadan iman etsəniz Allah dinini hakim edər

Şirk qoşmadan iman etsəniz Allah dinini hakim edər

Bir müsəlmanın dünya həyatında çatmaq istədiyi ən əhəmiyyətli hədəflərindən biri Quran əxlaqının dünyaya hakim olması, insanların Allaha gərəyi kimi qulluq etmələridir.

Allahın möminlərə verdiyi sirrə görə, möminlər yalnız Allaha ibadət edərək şərik qoşmadıqları təqdirdə Allah Quran əxlaqını yer üzünə hakim edəcək.

Elə isə vicdan sahibi hər mömin şərik qoşmaqdan şiddətlə çəkinməli və yalnız Allaha ibadət etməlidir. Hər şeydən əvvəl şərik qoşmaq Allahın bağışlamadığı bir günahdır və insanı cəhənnəm əzabına aparar. Ancaq şərik qoşmaq deyildikdə, bir çox insan yalnız bütlərə tapınan bütpərəstləri düşünə bilər. Halbuki insanların diqqət yetirmələri və çəkinmələri lazım olan gizli şirkdir.

Hər insanın ruzisini verən, onu doyuran, qoruyan, saxlayan, ona şəfa verən Allahdır. Allah, əlbəttə ki, bunları bir insanın əli ilə reallaşdıra bilər. Şəfa tapan bir insan həkimə Allahın şəfasına vasitəçi kimi baxar. Ancaq şəfanı verənin Allah olduğunu bilər və ONA şükr edər. Əks halda insanları Allaha ortaq qoşmuşdur.