Şirk qoşmadan iman edin

Hər müsəlmanın dünya həyatında çatmaq istədiyi ən əhəmiyyətli hədəflərindən biri Quran

Hər müsəlmanın dünya həyatında çatmaq istədiyi ən əhəmiyyətli hədəflərindən biri Quran əxlaqının dünyaya hakim olması, insanların Allaha gərəyi kimi qulluq etmələridir.

Allahın möminlərə verdiyi sirrə görə, möminlər yalnız Allaha ibadət edərək, şərik qoşmadıqları təqdirdə Allah Quran əxlaqını yer üzünə hakim edəcəkdir.

Elə isə vicdan sahibi hər mömin şərik qoşmaqdan şiddətlə çəkinməli və yalnız Allaha ibadət etməlidir. Hər şeydən əvvəl şərik qoşmaq Allahın bağışlamadığı bir günahdır və insanı cəhənnəm əzabına aparar. Ancaq şərik qoşmaq deyildikdə, bir çox insan yalnız bütlərə tapınan bütpərəstləri düşünə bilər. Halbuki insanların diqqət yetirmələri və çəkinmələri lazım olan gizli şirkdir.

Hər insanın ruzisini verən, onu doyuran, qoruyan, saxlayan, ona şəfa verən Allahdır. Allah, əlbəttə ki, bunları bir insanın əli ilə reallaşdıra bilər. Şəfa tapan bir insan həkimə Allahın şəfasına vasitəçi kimi baxar. Ancaq şəfanı verənin Allah olduğunu bilər və ONA şükür edər. Əks halda bu insanları Allaha ortaq qoşmuşdur.

Allah sizlərdən iman edib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir. (Nur surəsi, 55)