Şintoizm: Ölülərə tapınma dini

Yaponiyanın milli dini olan Şintoizm Yapon xalqına xas, batil ənənələr dinidir

Yaponiyanın milli dini olan Şintoizm Yapon xalqına xas, batil ənənələr dinidir. Şintoizmin təməli təbiətə, ölülərə və büt olaraq qəbul etdikləri milyonlarla fərqli varlığa tapınırlar.

Şintoizm, Yapon tarixinin ən qədim dövrlərindən bəri var olmuş, yerli xalqın ənənələrində, dünyagörüşlərində, tapınmalarında, mərasimlərində hər zaman yaşamışdır. Ancaq bu dinin mənşələri ilə əlaqədar yazılı qaynaqları tapmaq mümkün deyil. Bunun ən əhəmiyyətli səbəbi isə Yaponların 5-ci əsrə qədər yazı yazmağı bilməmələridir. Bu tarixdə, Çin yazısı qəbul edilmiş və müxtəlif mövzularda ilk yazılı qaynaqlar yaradılmağa başlanmışdır. Şintoizmin başlıca yazılı mətni 8-ci əsrə aid “Kojiki” (Köhnə obyektlər kitabı)dır. Nihongi (Yaponiya xronologiyası) adlı digər kitab isə yenə eyni dövrlərdə Çin dilində qələmə alınmışdır.

6-cı əsrə qədər olan mətnlərdə Şinto adı heç keçməmiş, bu anlayış yaponlara görə ilk dəfə 6-cı əsrdə istifadə edilmişdir. Bundakı məqsəd 6-cı əsrin əvvəllərində Çin və Koreya yoluyla Yaponiyaya girən Buddizm ilə, yapon xalqının yerli dini olan Şintoizm arasında bir fərq meydana gətirmək idi. Beləcə iki batil din bir-birindən ayrıldı, yaponlar “Şintoizm” adıyla xatırlanan bir növ milli dinə sahib oldular. (Şinto sözü, Çin dilində iki söz olan “shin”“tao”dan gəlir və “Tanrıların yolu” deməkdir.)

Yenə də Buddizmin və Konfutsiçiliyin, Yapon mədəniyyəti üzərində çox dərin təsirləri oldu. Xüsusilə də yaponların Koreya yarımadasındakı krallıqlarla əlaqəsi nəticəsində, Yaponiyada Çinin mədəni təsirləri görülməyə başlandı. Yapon şahzadələrin Buddizmi təşviq etmələri, Buddist məbədlər açmaları, Buddaya hörmət nümayişləri etmələri, 7-ci və 8-ci əsrlərdə bu dinin cəmiyyət içində sürətlə yayılmasına səbəb oldu.

Konfutsiçiliyin də Buddizm kimi Yapon İmperatorluğu tərəfindən dəstəklənildi, xalqa əxlaqi təlim olaraq təqdim edildi. Şintoizmin hər hansı əxlaqi prinsipi olmaması, Konfutsiçiliyin bu ölkədə sürətlə yayılmasında çox əhəmiyyətli faktor oldu.

Bu iki batil dinin cəmiyyət üzərindəki təsirləri, yenə batil bir din olan Şintoizmin zamanla güc itirməsinə səbəb oldu. Xalq Şinto məbədlərindən çox, buddist məbədlərə getməyə, ölülərini Buddist rahiblərin hüzurunda yandırmağa başladı.

Şintoizmin bu şəkildə yavaş-yavaş yox olmağa başlaması, müasir dövrdə Yaponiyadakı “Şintoyu canlandırma və qədim ənənələrə dönmə” hərəkətlərinin də başlanğıcı olacaqdı. Şintoizmin təməlini batil “kami” inancı meydana gətirər. Kami sözü “üst və yuxarı” mənalarını verər, Şintoizmdə isə “ilah, tanrı, tanrı tərəfindən və müqəddəs güc” mənalarında istifadə edilər. Şintoizmin bir başqa adı da “kami no michi” yəni “Kami yolu”dur.

Şintoistlər “kami”nin kainatın hər yerində olduğuna inanarlar. Onlara görə bir insan, quş, heyvan, ağac, daş, balıq, çiçək, dağ, okean, su qaynağı, qılınc, daraq ya da güzgü kimi bir obyekt, “kami” yəni “müqəddəs güclərə sahib xəyali bir tanrı” ola bilər (Allahı tənzih edirik). Batil Yapon inanışlarına görə 8 milyona qədər kami vardır. Buna görə də, də Şinto “milyonlarla tanrılı din” olaraq təyin olunur.

Azğın Şinto inanışlarına görə kamilər pis, ya da yaxşı, hər şəkildə, ya da ölçüdə ola bilərlər. Doğular, evlənər, xəstələnər, ağlayar, qısqanar və ölərlər. Ancaq bütün bu xüsusiyyətlərinə baxmayaraq adi insanlardan üstün olaraq qəbul edilərlər. Hərbi müvəffəqiyyət əldə etmiş bir qəhrəman, xidmət edən bir rəhbər, yaponlar tərəfindən “kami” elan edilə bilər. Bu adam həmin andan etibarən özünə böyük hörmət edilən xəyali bir ilah olar.

Yaponiyada 100.000-dən çox Şinto tapınağı mövcuddur. Hər məbədin özünə xas kamiləri var. Kamilərin şəkilləri, ya da heykəlləri məbədlərdə olmasa da ruhlarının orada olduğuna inanılar. İnsanlar Şinto məbədlərindəki kamilərə guya ibadət məqsədiylə yeməklər, su, meyvələr təqdim edər, hörmət nümayişləri edərlər, buxur yandırarlar. Əlbəttə ki, bu boş inanclarının onlara heç bir faydası olmayacaq. Allah Həcc surəsində bu şəkildə buyurur:

Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin; ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar. (Həcc surəsi, 30-31)

Ayələrdə xəbər verildiyi üzrə şirk qoşduqları insanları, ya da cansız maddələri özlərinə dost bilən, onlara güvənən, çətin anlarında onların köməyinə gələcəyinə inanan bu insanlar çox böyük qəflət içindədirlər. Çünki hər şeydən çox sevərək bağlandıqları bu bütlər də, nə özlərinə nə də bir başqasına kömək etməyə gücləri çatmayan aciz və möhtac varlıqlar, hətta bir çoxu cansız maddələrdir.

Ayədə bütlərə tapınan bu insanlar üçün xəbər verilən, “sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar” nümunəsi, bütlərə tapınmanın insanı nə qədər tək, çarəsiz və aldanmış hala gətirəcəyinin hikmətli bir ifadəsidir.

Allahın “iyrənc bir pislik” (Həcc surəsi, 31) olaraq təsvir etdiyi bu bütlər insanları Rəbbimiz olan Allahdan ayıraraq, boş bir xəyal arxasına sürüyərək aldadır. Allah bir ayəsində “…Şəriklərinizi çağırın!” – deyiləcək. Müşriklər onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar.” (Qəssas surəsi, 64) şəklində buyurur və bütpərəstlərin sonsuz cəhənnəm əzabı ilə qarşılaşacaqlarını bizə xəbər verir.

Şintoistlər ölülərin ruhlarının bir “kami” halına gələrək yaşayanlar arasında gəzdiyinə, məzarında qaldığına, uşaqları ilə nəvələrinin sevincinə, kədərinə ortaq etdiklərinə, onlara nəzarət etdiyinə inanarlar. Onlar ölərək guya bəzi fövqəltəbii güclərə sahib olmuşlar.

Onlara görə ölülər təbiət hadisələrini idarə edər, doğumlara, ölümlərə nəzarət edər, bərəkət gətirər, mövsümlərin meydana gəlməsini təmin edər, fəlakətləri və qıtlıqları meydana gətirərlər. Bu azğın anlayışa görə hər ailənin, hər kəndin, hər klanın, xalqın “öz atalarının ruhları” tərəfindən qorunduğuna inanarlar. Bəzi kamilərin də ağaclara, təbiətə, alətlərə, hətta mətbəxdəki qazanlara qədər hər şeyə can verdiklərinə inanarlar.

Bu səhv inanca görə şintoistlər, bəzi kamilərin xəstəliklərdə, bəzilərinin nəqliyyatda, bəzilərinin isə universitet imtahanlarında müvəffəqiyyətli olmaq üçün kömək etdiyinə inanarlar. Yapon təxəyyülü, dünyanı yaxşı, ya da pis ruhlarla doldurmuşdur. Hər şintoist üçün öz kamisi kainatın və varlığın təməlidir.

Halbuki aciz insanların, daşdan ya da taxtadan əşyaların bəzi gücləri olduğuna inanmaq çox böyük bir cəhalətdir. Kainatdakı hər işi nizamlayan sonsuz güc və qüdrət sahibi olan Rəbbimizdir. Səcdə surəsində də bildirildiyi kimi “Göydən yerə hər işi dəyişdirib nizama qoyan Odur.” (Səcdə surəsi, 5) Bütün kainatı yoxdan var edən, canlı və cansız bütün varlıqları yaradan aləmlərin Rəbbi olan Allahdır. Ayədə bu şəkildə bildirilir:

Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir. Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 163-164)

Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. (Rad surəsi, 2)

Ayələrdə işarə edildiyi kimi, Allahın varlığını və birliyini, kainatdakı və təbiətdəki böyük nizamı müşahidə edərək də anlaya bilərik. Bütün kainatda insan həyatını mümkün edən böyük tarazlıq və uyğunluğun var olmasıyla da təbiətdəki bütün canlıların ortaq dizaynın izlərini daşıması (məsələn hamısının eyni DNT quruluşuna sahib olması), varlıq aləminə sonsuz ağla sahib nizamın suveren olduğunu göstərir.

Məşhur molekulyar bioloq Michael Dentonun “Natures Destiny: How The Laws of Biology Reveal Purpose in The Universe” (Təbiətin taleyi: Biologiya qanunları kainatda bir məqsədin var olduğunu necə göstərir) adlı kitabında açıqladığı kimi, qalaktikalardan atomun quruluşuna qədər bütün kainata hakim ortaq bir məqsəd, ortaq bir dizayn vardır. Bu da tək bir Yaradıcının varlığını göstərər.

Bunun əksini düşünmək, yəni kainatda Allahdan başqa ilahlar olduğunu, hər birinin fərqli gücə sahib olduğunu xəyal etmək isə axmaqlıqdır. Allah Quranda bu şəkildə düşünən bütpərəstlərə (məsələn Şintoistlər kimi, milyonlarla xəyali ilaha inananlara) bu inanclarının nə qədər böyük aldatma olduğunu belə bildirir:

Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır. (Muminun surəsi, 91)

Ölülərinə saxta ilahlıq verən şintoistlər, bu ayədə bildirilən həqiqəti yaxşı düşünməli, öz zehinlərində meydana gətirdikləri xəyali “ilahlar qarışıqlığı”ndan xilas olaraq, Allahın açıq-aşkar varlığını qəbul etməli və Ona təslim olmalıdırlar.

Ölülər haqqında bu cür azğın inanışlara sahib olan şintoistlər ölüm, hesab günü, axirət həyatı, cənnət və cəhənnəm kimi mövzularda isə demək olar ki, heç bir açıqlama etməzlər. Sahib olduqları azğın inanışlar şintoistləri bu mövzularda da ağıl və məntiqə uyğun gəlməyən, axmaq tətbiqlərə məcbur etmişdir.

Batil Şinto yazılı mətnlərinə görə ölülərin rahatı “yaşayanların onlara yaxşı baxmaları, təqdim etdikləri yeməklər, məzarlarına qoyduqları təqdimatlar sayəsində” olar, “ölülərə yaxşı davrananlar xoşbəxt, pis davrananlar bədbəxt olarlar”. Əgər ölülərə lazımlı hörmət göstərilməz, tez-tez hədiyyələr alınmazsa ölülərin bunun intiqamını alacaqlarına inanarlar.

Buna görə də, də Şintoizmə inanan bir yapon, ölülərə hörmət göstərməyi, məzar ziyarətlərini, ölülərə hədiyyələr verməyi çox əhəmiyyətli bir vəzifə olaraq görər. Halbuki Şintoizmin digər inanışları kimi, ölüm və ölülərlə əlaqədar bu inanışı da yaponların atalarından götürdükləri böyük aldatmadır.

İnsanların meydana gətirdiyi heç bir ənənə və ya təlim, ölüm sonrası haqqında doğru məlumat verə bilməz; çünki heç bir insan ölüm sonrasını görüb geri dönmüş deyil. Ölüm və ölümdən sonrakı həyat haqqındakı həqiqi məlumatı öyrənə biləcəyimiz tək qaynaq, Allahın bizə çatdırdığı Qurandır.

Rəbbimiz həm (indiki vaxtda təhrifə məruz qalmış vəziyyətdə olan) Tövrat və İncildə, həm də təhrif edilməmiş tək İlahi kitab olan Quranda ölümlə birlikdə insanın dünya həyatının sona çatacağını və axirət həyatının başlayacağını xəbər verir. Reinkarnasiyaya inananların iddia etdikləri kimi insan yeni bir bədənlə dünyaya gəlməyəcək, şintoistlərin inandığı kimi öldükdən sonra ruhu dünya həyatında uzun illərlə yaşamayacaq. Allah Quranda bu şəkildə bildirər:

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır. (Muminun surəsi, 99-100)

Ayədəki ifadədən də aydın olduğu kimi, inkarçıların öldükdən sonra təkrar dünyaya dönmələri, boş ümiddən ibarətdir. Başqa ayələrdə də cənnətdəkilərin “ilk” ölümdən başqa bir ölüm dadmayacaqları belə bildirilər:

Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur. (Duxan surəsi, 56-57)