Quşlar ilk havalandıqlarında çox enerji sərf etmək məcburiyyətindədirlər, çünki bütün bədən ağırlıqlarını incəcik qanadlarıyla qaldırmaları lazımdır. Amma bir dəfə uçmağa başladıqlarında istirahət edə bilmələri üçün Allah onlara asanlıqlar təmin etmişdir. Havada küləyə özlərini buraxaraq uzun müddət uça bilən quşlar bu şəkildə az enerji sərf etdikləri üçün hələ-hələ yorulmazlar. Küləyin təsiri keçincə isə təkrar qanad çırpmağa başlayarlar. Bu xüsusiyyətləri sayəsində quşlar çox uzaqlara köç edə bilərlər. Allahın yaratdığı bu asanlıq sayəsində quşlar uzun məsafələrə uça bilərlər.
Quşların içində 1000 km-dən 40.000 km-ə qədər məsafədə köç edən növlər vardır. Dünyanın çevrəsinin uzunluğunun 40.000 kilometr olduğunu düşünsəniz, quşların uça biləcəkləri məsafənin uzunluğunu daha yaxşı anlayarsınız. Dənizləri keçərkən heç bir şəkildə dayanma və istirahət etmə imkanları yoxdur. Bu uzun səfərlərində quşların istiqamətlərini necə tapdıqları da hələ aydın ola bilməmişdir. Hər il quşlar heç çaşmadan istədikləri yerə köç edə bilməkdədirlər. Bu istər bala bir quş olsun, istərsə yaşlı bir quş olsun fərq etməz.
İnsanlara maraqlı gələn digər bir mövzu da quşların bədənlərinə nisbətən çox incə və kiçik olan ayaqlarının bütün ağırlıqlarını necə daşıya bildiyidir. Hələ bir düşünün, incəcik bir ayağın içində bir çox əzələ, damar və sinir var! Amma yenə də son dərəcə incəcikdir… Əgər quşların ayaqları daha qalın və kobud olsaydı uçmaları olduqca çətinləşərdi.
Az qala bütün quşlar yatarkən tək ayaqları üzərində dayanarlar. Bədən ağırlıqlarını bu ayağın üzərinə verdiklərindən tarazlıqlarını itirməzlər. Çünki Allah quşları belə möhtəşəm bir tarazlığı təmin edəcək xüsusiyyətdə yaratmışdır.

