Müharibənin yeganə şərti qarşı tərəfin hücum etməsidir. Onlar müharibə etmədikcə və ya hər hansı hücuma yol vermədikcə müsəlmanlara müharibə etmək qətiyyən halal deyil.
Onları harada görsəniz, öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidül-haram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur! (Bəqərə Surəsi, 191)
Bu ayəni öz istəklərinə uyğun izah edən radikalların və İslam əleyhdarlarının ayədəki hökmü görməzlikdən gəlməsi, əlbəttə, çox şübhəli məqamdır. Ayə açıq şəkildə müsəlmanlara yalnız müdafiə azadlığı verir. Beləliklə də, bu ayənin hökmü müharibə və hücum deyil. Ayədə başqa bir əhəmiyyətli mövzudan da bəhs edilir: Fitnə öldürməkdən betərdir. Topluluqları qızışdırmaq, nifrəti körükləmək, dedi-qodu ilə anarxiya və terroru yaymaq və düşmən kütlələri yaratmaq fitnə sayılır və ayənin ifadəsinə görə, belə bir fitnə adam öldürməkdən betərdir. Odur ki, müsəlmanlara hücum edənlər həm feili, həm psixoloji, həm də hiylə yönündən fitnə çıxaran topluluqlardır. Verdikləri zərər daha böyükdür. Onlar hücum etdikdə isə müsəlmanlar təbii şəkildə özlərini müdafiə edirlər.

