Şiddət həll yolu deyil

Dünyada şiddətin qarşısını alacaq qüvvə, bütün insanların fitrətində olan sevgi, şəfqət və

Dünyada şiddətin qarşısını alacaq qüvvə, bütün insanların fitrətində olan sevgi, şəfqət və mərhəmət kimi duyğuların, inananlar üçün üç böyük dinin kökündə olan mənəvi dəyərlərin ön plana çıxarılmasıdır.

Terroru məhv edən ünsürlər sevgi, qardaşlıq kimi dəyərlərdir, təzyiq, şiddət və zülm deyil. Bunun üçün terrorun fəlsəfi təməlinin təhsillə və elmi dəlillərlə məhv edilməsi əsas şərtdir.

Terror və şiddətin fəlsəfi təməlini təhlil etdikdə sevgisizliyin və nifrətin yayılmasına səbəb olan darvinist-materialist məntiqlə qarşılaşırıq. Bunun kimi məntiqlərin təsirində qalmış insanlarda yaxşılıq, şəfqət, fədakarlıq kimi gözəl əxlaqi xüsusiyyətlər, incəsənət və estetika anlayışı yox olur. Sevgi olmadıqda məhəbbət, dostluq, qardaşlıq olmaz. Fikir və düşüncəyə tolerantlıq olmaz. Güclü qəzəb, kin, nifrət və sevgisizlik insanların qəlbini yandırıb qovurar. Məhz bu mənfi xüsusiyyətlərin qarşısını almaq üçün darvinizmin əsassızlığı elmi dəlillərlə izah edilməli, güclü sevgi siyasəti aparılmalı, qardaşlığın, sülhün əhəmiyyəti insanlara çatdırılmalı və cəmiyyət bu sahədə maarifləndirilməlidir. Qətiyyətli, ciddi maarifləndirmə siyasəti ilə dünyadakı münaqişələrin əsasını təşkil edən sevgisizlik yer üzündən silinər.

Quranda insanlar elmə, tədqiqata, kainatı tanımağa, düşünməyə, savadlı olmağa təşviq edilir, habelə, bir məsum cana qəsd etməyin bütün bəşəriyyəti məhv etməyə bərabər olduğu bildirilir. Odur ki, bir terror təşkilatının İslam adı altında cinayət törətməsi, münaqişə yaratması İslam əxlaqına uyğun deyil. Bu cür yanlışların izah edilməsi və bütün dünyaya həqiqi İslamın tanıdılması çox vacibdir.

Münaqişəni şiddətlə aradan qaldırmağa çalışmaq qeyri-mümkündür. Ancaq geri fikirli insanlar həm kütləvi hipnoz, həm şiddət qorxusu, həm də uydurulmuş xurafatların təsiri ilə şiddətin içinə düşürlər.

Odur ki, qarışıqlığın, çaxnaşmanın sona çatması üçün şiddətə qarşı şiddət tətbiq edilməsi həll yolu deyil. İdarəçiliyi xalqın əlindən alıb, demokratiyanı ləğv etmək də həll yolu deyil. Yeganə həll yolu din haqqında yanlış fikirləri, xurafatçı düşüncələri dəyişdirməkdir.

Münaqişələrə səbəb olan xurafatçılar dində olmadığı halda şiddəti dinə əsaslandırırlar. Halbuki, şiddətin mənbəyi ancaq bu insanların xurafatçı düşüncələridir. Həqiqi İslam sülh, əmin-amanlıq və qardaşlıq dinidir. Ona görə də şiddətin qarşısını almaq üçün, əvvəlcə, xurafatçılıq aradan qaldırılmalı, bu yanlış məntiq dəyişdirilməlidir. Bu da başda bütün İslam aləmini əhatə edən antixurafatçı maarifləndirmə səfərbərliyi ilə mümkündür. Bunun üçün bu maarifləndirmə fəaliyyətini həyata keçirəcək imkana və iradəyə malik mənəvi lider, nümunəvi model lazımdır.

Məsələni iqtisadi və texniki cəhətdən təhlil etdikdə isə radikal cərəyanları zərərsizləşdirmək üçün sərf olunacaq enerjinin və pulun, hərbi tədbirlərin heç bir qüvvə tərəfindən təmin edilə bilmədiyini görürük. Son dövrlərdə qlobal iqtisadi böhranı da nəzərə alsaq, dünyanın hər tərəfini polis şöbəsinə çevirməkdənsə, bəzi insanların zehinlərindəki yanlış inancları dəyişdirməyin daha qəti həll yolu olduğunu görərik. Bundan əlavə, silahlanmaya sərf olunan pulun qardaşlığın, sevginin möhkəmlənməsinə sərf edilməsi daha ağıllı yoldur.

İslam dini ilə yaşayan müsəlmanın qəlbi insan sevgisi ilə doludur. Hər inancdan olan insana şəfqətlə yanaşır. Uca Allahın bütün yaratdıqlarını, başda insanlar olmaqla, bütün varlıqları, bitkiləri, heyvanları sevir. İltifatlı, könül alan, incə düşüncəli, müasir, kübar və alicənab, kamildir. Demokratiyanın və azadlığın tərəfdarıdır.

İslam dinində kimsəyə təzyiq olunmaz. Kimsənin inancına qarışılmaz, təzyiq və məcburiyyət olmaz. Elmin ən yüksək səviyyəsi, incəsənət, estetika, musiqi, rəssamlıq, heykəltəraşlıq İslamda var. İslam Allah sevgisidir, gözəl əxlaqdır, dostluqdur, ağıldır, keyfiyyətdir, təmizlikdir, gözəl ətirdir, azadlıqdır, sülhdür, əmin-amanlıqdır. İslam dünyanı aydınladan işıqdır. Maddi-mənəvi gözəlliklərlə ən yüksəyə qaldırılması İslamdır. İslam əxlaqı budur.

Bütün peyğəmbərlər öz dövrlərində seçilmiş, tanınan, ən kübar, ən maarifpərvər, ən ziyalı, ən müasir insanlar olublar. Yaşadıqları mühitə nur saçmış, həm gözə, həm qəlbə xitab etmişlər. Geyimləri, baxımları, zövqləri, ağlı və üslublarının gözəlliyi qiyamətə qədər bütün bəşəriyyətə nümunədir.

Bu günə qədər bəzi kütlələr fürsətdən istifadə edərək müsəlmanları xurafatçılığın hakim olduğu mənfi görüntüyə boğmağa çalışıblar. Bu yanlış təsvirdə dünyəvilik, azadlıq, demokratiya, elm, incəsənət, musiqi, estetika, keyfiyyət kimi gözəl anlayışlar İslama zidd kimi göstərilib.

Yaşadığımız dövrdə isə artıq bu oyun yavaş-yavaş pozulur və İslamın nurlu yüksəlişini görürük. Çünki İslam dini yaxşı insanlarındır, xurafatçıların deyil. Xurafatçılar, əslində, özlərinin uydurduğu batil dinə tabedirlər və İslam dinindən istifadə etməyə çalışırlar. Bu oyunu kökündən pozmaq üçün biz inananların üzərinə Quranın gözəl məğzini insanlara tanıtmaq və ən gözəl şəkildə Quranla yaşayaraq nümunə olmaqdır.

Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edib pis əməllərdən çəkindirir və xeyirli işlər görməkdə bir-birləri ilə yarışırlar. Onlar əməlisaleh kimsələrdəndirlər. (Ali İmran surəsi, 114)