Mömin Allahdan qorxur və pis əxlaq göstərməkdən, Allahın sonsuz qüdrətini təqdir edə bilməməkdən çox çəkinir. Allahın axirətdə hesab çəkəcəyini, əgər dünyada pis əxlaq göstərsə və Rəbbimizin sonsuz qüdrətini lazımi şəkildə təqdir etməsə, bunun hesabını axirətdə verə bilməyəcəyini düşünür. Allah qorxusu olmayanlar isə şeytanın təsiri ilə pis əxlaq nümunəsi olan çirkin cəsarətdən çəkinmirlər. Allah qorxusu olmayan insanlar, adətən, hörmət, şəfqət, mərhəmət duyğularından uzaq şəkildə yaşayır və heç çəkinmədən pis əxlaq göstərirlər. Cəmiyyətin böyük əksəriyyətində pis əxlaq nümunələri ilə rastlaşmaq mümkündür. İş adamlarından küçə avaralarına qədər müxtəlif təbəqəyə mənsub olan insanlarda bu əxlaqı görmək olar. Hər biri fərqli cəmiyyətlərin üzvü olsa belə, əgər Allahdan qorxmurlarsa, demək ki, şeytanın özlərinə əmr etdiyi pis əxlaqı tətbiq edirlər.
Şeytanın təsirinə düşənlər
