Şeytanın özünə aid müstəqil bir gücü vardırmı?

Şeytan mövzusunda qəti olaraq bilinməli olan ən əhəmiyyətli nöqtə budur: Şeytanın özünə aid bir gücü yoxdur. Bütün digər varlıqlar kimi onu da Allah yaratmışdır və Allahın nəzarəti altındadır. Allahın diləməsi xaricində heç bir şey edə bilməz. Şeytan insanları azdırma vəzifəsini Allahın izni ilə davam etdirir. Bu şəkildə, Allah insanları imtahan etmək üçün yaratdığı dünya həyatında kimlərin şeytana uyacağını, kimlərinsə uymayacağını sınayır. Allah bu həqiqəti belə bildirir.

Halbuki (İblisin) onlar üzərində heç bir hakimiyyəti yox idi. Lakin axirətə inananla ona şübhə edəni ayırd etmək üçün (İblisə bu fürsəti verdik). Sənin Rəbbin hər şeyə nəzarət edəndir. (Səba surəsi, 21)