Şeytanın məqsədi insanları Allahın dinindən uzaq saxlamaq və öz arxasınca cəhənnəmə aparmaqdır. Buna görə də insanları aldatmaq və tələyə salmaq üçün fərqli üsullardan istifadə edir. Bu oyunları ilə insanlardan çoxunu aldadır, onları pis əxlaqa sövq edir. İnsanları haqq dindən uzaqlaşdırmaq, onlara öz azğın sistemini yaşatmaq üçün doğru və yanlış anlayışlarını qarışdırıb, gözəl əxlaqı pis, pis əxlaqı isə gözəl göstərməyə çalışır. Beləliklə, gözəl əxlaqa dair bütün anlayışları insanların səhv qəbul etmələrinə səbəb olur. Şeytanın və ona tabe olanların bu xüsusiyyəti ayələrdə bu cür vurğulanır:
Qovulmuş şeytandan Allaha sığınıram
Şeytanların kimə nazil olduğunu sizə xəbər verimmi? Onlar günahkar və yalançı olan hər kəsə nazil olarlar. Onlar eşitdiklərini (kahinlərə) çatdırarlar. Ancaq onların çoxu yalançıdır. (Şuəra surəsi, 221-223)
