İman gətirməyən insanlar şeytanın təsiri ilə bir çox yanlış məlumatı öyrənir və bunları həyatına tətbiq edirlər. Bu məlumatların təsiri ilə özlərinə zərər versələr belə, yanlış davranışları xarakterlərinin bir hissəsi zənn etdikləri üçün dəyişməyə ehtiyac duymurlar. Məsələn, təşvişə düşmək onlar üçün normal xüsusiyyətdir. Bu xüsusiyyətlərini qəbul etdikləri üçün gün ərzində qorxu və təşviş içərisində yaşayırlar. Hətta gözləmədikləri bir hadisə ilə qarşılaşanda şüurlarının qapanacağı dərəcədə təşvişə düşür, necə davranacaqlarını bilmirlər.
Bu vəziyyətlə “razılaşdıqlarına” görə özlərinə etdikləri psixoloji təzyiq bədənlərində bir çox mənfi təsirlər yaranır. Bu qədər təşvişin, həyəcanın nəticəsində bədənləri gərginləşir, başı ağrıyır, tərləyir, nəfəsi daralır, təzyiqi yüksəlir, hətta infarkt da keçirirlər.
İnsan hər şeyin yalnız Allah tərəfindən yaradıldığını bilərək, rahatlıqla yaşaya bilər. Allahın hər şeyi xeyirlə yaratdığını və taledə hər şeyin çoxdan yaşanıb bitdiyini və heç kimin taleyi dəyişdirə bilməyəcəyini, təşvişə düşməyin fayda deyil, ancaq zərər gətirdiyini bilən möminlər heç vaxt təşvişə düşmürlər. Allaha təvəkkül edirlər. Heç gözləmədikləri qeyri-adi bir hadisə ilə qarşılaşsalar belə, təşvişə düşməyin fayda verməyəcəyini bilirlər. Din əxlaqının yaşanmadığı cəmiyyətdə üstünlük təşkil edən “bu hadisədə də təşvişə düşmək olmaz?!” məntiqinin tale inancı ilə ziddiyyətli olduğunu bildikləri üçün yalnız Allahdan qorxur, Allaha üz tuturlar. Nəticədə də Allah müsəlmanlara ruhən sevinc, hüzur, fiziki sağlamlıq və güc verir. Allah cənnətlə müjdələdiyi iman gətirənlərin üstün olduqlarını, təşvişə düşməmələri və qorxmamalarını ayələrdə belə bildirir:
Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət surəsi,30)
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olan sizlərsiniz. (Ali İmran surəsi,139)

