İnsanın böyük düşmənlik bəsləyən, insanlardan daha təhlükəli və gözü dönmüş bir düşməni vardır. Bu düşmən şeytandır. O, insanın dünyadakı gəlmiş-keçmiş ən böyük və ən qərarlı düşmənidir. İnsanlardan olan yüzlərlə düşmənlə belə müqayisə edilə bilməyəcək qədər təhlükəli bir varlıqdır. Elə isə insanın hər hansı bir düşməninə belə tədbir aldığı halda, şeytanın düşmənliyinə qarşı əhəmiyyət verməməsi, əlbəttə ki, böyük səhvdir.
Çünki şeytanın insan üçün hədəflədiyi bir son vardır. Bu son insanın sonsuz cəhənnəmə girməsidir. Şeytanın bu nəticəni əldə edənə qədər insanın izini buraxması mümkün deyildir. Bu, Allahın Quranda bildirdiyi dəqiq adətullahdır:
Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o, sizinlə açıq-açığına düşməndir.(Bəqərə surəsi, 168)
Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır.(Fatir surəsi, 6)
Allah Quranda insanı düşmən bilən şeytana qarşı insanın da şeytanı düşmən bilməsini bildirmişdir. O halda, insan Allahın bu əmrinə tabe olaraq Allah rizası üçün şeytanı təsirsiz hala gətirməsini özü üçün ən lazımlı hədəf kimi görməlidir.
Şeytan insan üçün böyük düşməndir. Ancaq Allah insanın şeytanın şərindən qorunmasını da asan etmişdir. Bunun üçün Quranda insana yol göstərəcək bir çox sirr bildirilmişdir:
Şeytanın hiyləsi çox zəifdir. (Nisa surəsi, 76)
Əslində, mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. (İbrahim surəsi, 22)

