Şeytanın ən mühüm xüsusiyyəti insanları Allahın yolundan döndərmək üçün and içmiş olmasıdır. Buna görə də inkar edən, insanları Allahın yolundan uzaqlaşdırmağa çalışan, Allaha və dinə qarşı çıxan, insanlara Allahı, axirəti və dini unutduran hər bir şəxs şeytanın tərəfdarı və dostudur. Lakin bu insanlar etdiklərinə görə həm dünyada, həm də axirətdə böyük ziyana uğrayacaqlar. Allah şeytanın insanları azdırmaq cəhdini və onu dost tutanların qarşılaşacaqları aqibəti belə xəbər verir:
Allah ona (şeytana) lənət etmiş, o isə demişdi: “Mütləq, bəndələrindən müəyyən bir qismini ələ keçirəcəyəm. Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür. (Nisa surəsi, 118-119)

