Şeytana tabe olmaq

Allah bir ayəsində “Ey iman gətirənlər!

Allah bir ayəsində “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqərə surəsi, 208) buyuraraq insanları şeytana tabe olmaqdan və onun addımlarını izləməkdən çəkinməyə çağırmışdır. Çünki ayədə də ifadə edildiyi kimi şeytan insanın düşmənidir. Onu doğru yoldan çıxardıb azdırmaq və beləcə dünyada və axirətdə zərərə uğratmaq istəyər. Bu məqsədini reallaşdırmaq üçün istifadə etdiyi ən əhəmiyyətli üsullardan biri isə, insanı boş vəsvəsələrlə, əsassız və məntiqsiz mövzularla əyləndirərək ağlını məşğul etmək və beləcə doğru düşünə bilməsinə, ağıllı davrana bilməsinə maneə törətməyə çalışmaqdır. Quranda şeytanın, bu cəhdini aşağıdakı sözlərlə dilə gətirdiyi xəbər verilmişdir:

Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam… (Nisa surəsi, 119)

Şeytan bu məqsədi üçün həyatının sonuna qədər insanlara “bəzəkli sözlər” pıçıldamağa davam edər və onların ağıllarını istifadə etmələrini maneə törətməyə çalışar. Onlara Allahın sonsuz qüdrətini unutdurmaq, onları Qurandan uzaqlaşdırmaq və onların namaz, oruc kimi ibadətlərini maneə törətmək üçün səy göstərər.

Möminlər Allahın təyin etdiyi vaxtlarda ibadətlərinə davam edərlər. Unutmamaq lazımdır ki, şeytanın onlara aid bir gücü yoxdur. Onu da bütün varlıqlar kimi Allah yaratmışdır. Şeytan da Allaha boyun əymişdir; Allahın icazəsi olmadan heç bir şey edə bilməz. Allah insanlardan hansılarının ona tabe olub haqdan üz çevirəcəyini, kimin də şeytanın oyununa aldanmayıb Özünə sədaqət göstərəcəyini sınamaq üçün qiyamətə qədər şeytana müddət vermişdir.