Şeytan necə varlıqdır?

Şeytan Allahın yaratdığı cinlərdən biridir

Şeytan Allahın yaratdığı cinlərdən biridir. Allah ilk insan olan hz. Adəmi yaratdıqdan sonra bütün mələklərə Adəmə səcdə etmələrini əmr etmişdir. İçlərindən yalnız şeytan Allahın əmrinə, təkəbbür göstərdiyi üçün, itaət etməmiş və belə demişdir:

… İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam.(Hicr surəsi, 39)

Allahın hüzurundan qovulan şeytan, bütün insanları Allahın yolundan azdırmaq və onların hamısını yoldan çıxartmaq üçün Allahdan qiyamətə qədər müddət istəmişdir. Şeytan özünə verilən bu müddət içərisində insanları Allah yolundan azdırmağa çalışacaq və bunun üçün hər yolu sınayacaq. Bu səbəblə, şeytan, hər insanın axirəti üçün ən əhəmiyyətli təhlükədir və hər insanın ən böyük düşmənidir.