Şeytan insanları həvəssiz, yorğun hala salmaq istəyir

Şeytanın təsirinə düşən insanların sahib olduqları digər bir xarakter forması isə durğun və

Şeytanın təsirinə düşən insanların sahib olduqları digər bir xarakter forması isə durğun və donuq insan görünüşünə bürünmək və bu yolla müxtəlif gizli etiraz üsullarını tətbiq etməkdir. Məqsədləri bu gizli etiraz aksiyaları ilə ətrafdakı insanlara müxtəlif mesajlar verərək, səmimiyyətsiz əxlaqını davam etdirə biləcəkləri bir zəmin yaratmaqdır. Şeytanın göstərdiyi üsullara sarılaraq, əsasən, olduqca fəal, ünsiyyətcil (ekstrovert) və şən insanlar olduqları halda, bilə-bilə özlərini passivləşdirərlər. Soyuq, donuq, içinə qapalı, heç nədən zövq almayan, sanki “ölü kimi, passiv xarakter” göstərərlər. Halbuki şeytanın təsiri altında olmadıqları zaman, xoşsöhbət olmalarıyla, gözəl davranışları ilə diqqət çəkən, özləri ilə yanaşı ətrafdakı insanları da canlandıran, sevinc bəxş edən kəslərdir. Lakin şeytanın təsirinə düşdükləri zaman, bu hal birdən-birə dəyişər, belə ki, sanki fitrətən belə passiv xarakterləri varmış kimi, ciddi qərarlılıq və açılmazlıq təəssüratı verməyə çalışarlar.

Həmin bu insanlar, bilərək formalaşan soyuq xarakterlərinə, şeytanın üsulları ilə bəzi bəhanələr tapıblar. Xoşniyyətlərinin və səmimiyyətlərinin lazımınca anlaşıla bilməməsinin özlərini bu hala gətirdiyi yalanına sığınar, yaşadıqları narahatlığın şiddətinin çox böyük olduğunu, belə vəziyyətdə içinə qapanmamağın və donuq xarakter göstərməmələrinin əllərində olmadığını iddia edirlər. İçində olduqları vəziyyətə görə çox kədərləndiklərini və əldən düşdüklərini, buna görə də, bütün səylərinə baxmayaraq, heç cür sevinə bilmədiklərini irəli sürərlər.

Halbuki bu iddialarının heç biri həqiqəti əks etdirmir. Hər biri şeytanın və nəfsin insanı aldatmaq üçün ortaya atdığı yalanlardan ibarətdir. Hər şeydən əvvəl həqiqi mənada səmimi və xoşniyyətli olan bir insan iman gətirənlər tərəfindən dərhal görülər. Üstəlik, belə bir insan təbii olaraq çox sevilər, hörmət bəslənər və bu insana çox güvənilər. Bütün bunları qazanmaq üçün insanın ayrıca xüsusi davranışa yiyələnməsi və xüsusi səy göstərməsinə gərək yoxdur. Quran əxlaqını yaşaması kifayətdir.