Şeytan insanlara necə yanaşır?

Şeytanın qəlblərə vəsvəsəsi

Allah Quranda, “Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,” (Nas surəsi, 4-5) ayəsiylə şeytanın qəlblərə gizlicə vəsvəsə verdiyindən söz edir. Bu, şeytanın ən hiyləgər üsuludur. Bir çox insan zehnindəki düşüncələrin şeytandan olduğunu anlaya bilməz. Bunların hamısını öz düşüncələri zənn edər. Məsələn, dini yeni öyrənən bir adam şeytanın əhəmiyyətli bir hədəfidir. Bu adama dini çətinmiş kimi göstərə bilər. Və ya öz etdiklərinin onsuz da kifayət qədər olduğunu, daha çoxunu etməsinə gərək olmadığını söyləyə bilər. Bu adam isə bunların doğru olduğu yalnışlığına qapıla bilər. Və ya şeytan insanlara qorxu, narahatlıq, gərginlik, hüzursuzluq kimi mənfi hisslər verər, onların gücünü azaltmağı hədəfləyər. Yaxşılıq və xeyirli iş etmələrini, sağlam düşünmələrinə maneə törətməyə çalışar. Bütün bunların şeytandan olduğunu bilərək, Allaha sığınmaq və şeytanın təlqinlərinə heç bir zaman qulaq verməmək lazımdır.

Həmçinin unudulmamalıdır ki, dünyadakı bütün pisliklərin, müharibələrin, qırğınların, əxlaqsızlıqların kökündə şeytanın insanlar üzərindəki təsiri vardır.