Allah Quranda, “Vəsvəsə verib (Allahın adı çəkildiyi zaman) gizlənənən şeytanın şərindən! O, insanların qəlbinə vəsvəsə salar.” (Nas surəsi, 4-5) ayəsi ilə şeytanın qəlblərə gizlicə vəsvəsə verdiyindən bəhs olunur. Bu, şeytanın ən hiyləgər üsuludur. Bir çox insan zehnindəki düşüncələrin şeytandan olduğunu anlaya bilməz. Bunların hamısını öz düşüncələri zənn edər. Məsələn, dini yeni öyrənən bir adam şeytanın əhəmiyyətli bir hədəfidir. Bu adama dini çətinmiş kimi göstərə bilər. Və ya öz etdiklərinin onsuz da kifayət qədər olduğunu, daha çoxunu etməsinə gərək olmadığını söyləyə bilər. Bu adam isə bunların doğru olduğu yalnışlığına qapıla bilər. Və ya şeytan insanlara qorxu, narahatlıq, gərginlik, hüzursuzluq kimi mənfi hisslər verər, onların gücünü azaltmağı hədəfləyər. Yaxşılıq etmələrinə, xeyirli iş görmələrinə və sağlam düşünmələrinə mane olmağa çalışar. Bütün bunların şeytandan olduğunu bilərək, Allaha sığınmaq və şeytanın təlqinlərinə heç bir zaman qulaq verməmək lazımdır.
Həmçinin unudulmamalıdır ki, dünyadakı bütün pisliklərin, müharibələrin, qırğınların, əxlaqsızlıqların kökündə şeytanın insanlar üzərindəki təsiri vardır.

