Şeytan, Allaha qarşı çıxmış və hz. Adəmin qarşısında səcdə etməmişdir. Qısqanclığı və qüruruna görə özündən alçaq gördüyü insanları Allahın yolundan azdırmağa qərar vermişdir. Quranda şeytanın qəlblərə hiyləgərcə vəsvəsələr verməsindən, insanları Allahın və axirətin varlığından şübhə etdirməyə çalışmasından, dünya həyatını insanlara bəzəkli və cazibədar göstərməsindən bəhs edilir.
Əslində şeytan, nəfsdə də var olan və vicdanın qarşısında olan mənfi qüvvələrin təmsilçisidir. Qısacası, insana vicdanı daima doğrunu söyləyərkən şeytan həmişə səhv olanı söyləyər. Ancaq bunu çox açıq şəkildə etməz. Heç hiss etdirmədən istifadə etdiyi yollar vardır. Məsələn, insana “Sən onsuz da yaxşı insansan. Müsəlmanam da deyirsən. Əgər cənnət varsa, sən onsuz da oraya gedəcəksən” təlqinini edər. Halbuki bu adam bəlkə nə namaz qılırdı, nə də Allahın digər hökmlərinə əməl edirdi. Və şeytan bu insanı bəzəkli sözləri ilə axirətin varlığından şübhəyə salar.
Açıq-aşkar inkar etdirməz, amma müsəlmanlıq adı altında inkara yaxın həyat yaşatdırar. Ən əhəmiyyətlisi insan bunun şeytanın onu cəhənnəmə sürükləmək üçün qurduğu plan olduğunu anlamadan öz düşüncələri olduğunu zənn edər. Unutmamaq lazımdır ki, vicdan insana hər zaman həqiqi dini yaşamasını söyləyəcək. Ancaq şeytanın söylədikləri onlara asan gəldiyi üçün insanların bir çoxu vicdanlarının söylədiklərinə baxmayaraq şeytanın dediklərinə tabe olarlar.

