Sevmək və sevgini səmimi yaşamaq üçün Allah qorxusu lazımdır

Sevmək üçün, sevgini yaşamaq üçün Allah qorxusu lazımdır

Sevmək üçün, sevgini yaşamaq üçün Allah qorxusu lazımdır. Allah qorxusu olmadan sevgi olmaz. Sevirəm deyən doğru söyləməz. Mütləq Allah qorxusu lazımdır. Ət, sümük sevilməz. İnsan ətin, sümüyün nəyini sevsin? Allah sevilər, Allahın təcəllisi sevilər. Bunları çox yaxşı ağılda tutmaq lazımdır. Məsələn, şeytanın varlığı lazımdır. Nəfsin varlığı lazımdır. Çatışmazlıqlar, tərsliklər kimi görünən imtahanlar, hadisələr lazımdır. Əks halda biz nə öyrənə bilərik, nə təvəkkülümüz oturar, nə ağılımız oturar. Heç bir şey oturmaz. Bunların hamısı lazımdır. İnsanlar deyir ki, heç imtahan olmadan gedək. O zaman bomboş biri olarsan. Müsəlman özünü cəhənnəmə hazırlamaz. Cənnətə hazırlayar. Müsəlman cəhənnəmi heç istəməməlidir, qətiyyən istəməməlidir. Mütləq cənnəti istəməlidir. Cənnətə görə özünü nizamlayacaq.