Sevinc və həyəcanın olmaması

Allahın axirətdə, insanlar Cəhənnəmdə ikən onlarla dialoqu var

Allahın axirətdə, insanlar Cəhənnəmdə ikən onlarla dialoqu var. Allah “ayələrim sizə oxunarkən, yalan sayanlar sizlər deyildinizmi?” deyir. “Allahın ayələri oxunurdu, siz də yalan sayırdınız” deyir. “Onlar dedilər ki: “Rəbbimiz, bədbəxtliyimiz bizə üstün gəldi, biz azan birlik imişik”. Yəni insanlar heç cür xoşbəxtliyi tapa bilmir. Daima Allah inancıyla, Allah sevinci ilə, iman sevinci ilə xoşbəxt olmaları lazım ikən, bədbəxt və pessimist bir halda olub beyinlərini keyidirlər. Beyinin funksiyaları itir. Yəni beyinin imana uyğun bir sevinc içində olması lazımdır. Kədər içində olan bir beyin imana qarşı daha qapalı olur. Beyinin anlayışı dayanar.

Onsuz da qəmginlik imanla ziddiyyət təşkil edir. Yəni sevinc yoxdursa, həyəcan yoxdursa, imanda bir xəstəlik vardır. Narahatlıq vardır. “Bədbəxtliyimiz bizə üstün gəldi, biz azan birlikmişik. Rəbbimiz, bizi (atəşin) içindən çıxar, əgər yenə (inkara) dönsək, artıq həqiqətən, zalım kəslər olarıq”. Yəni Allaha Sən bizi “bir daha sına” deyirlər. Allah “Deyir ki: “Onun içinə girin və Mənimlə danışmayın”. Yəni Cəhənnəmin içinə daha çox girin və Mənimlə danışmayın. “Çünki” Allah deyir, “həqiqətən, Mənim qullarımdan bir qrup: “Rəbbimiz, iman etdik, Sən artıq bizi bağışla və bizə mərhəmət et, Sən mərhəmət edənlərin ən xeyirlisisən”, deyərdilər, onlara lağ etmişdiniz”.

Bizlərdə realda və internetdə həqiqi islamı təbliğ edirik və zombilər bizimlə də lağ edirlər. Bizlərin səhv yolda olduğunu iddia edirlər, ən doğru yol isə özlərinin olduğu məzhəb olduğunu dilə gətirirlər, hətta digər məzhəblərində doğru olmadığını deyirlər. Halbuki Rum surəsi, 32-ci ayəsinə görə məzhəbə bölünməyin özü belə dəlalət deməkdir.