Dünyanın hər tərəfində yaşayan insanlardan soruşsanız, hər biri “sevginin və sevməyin nə olduğunu yaxşı bildiklərini” və “sevdikləri insanların hədsiz çox olduğunu” deyəcəklər. Halbuki dünyada sevginin və sevməyin nə olduğunu qavrayan insanların sayı çox azdır.
Əlbəttə ki, insanların “sevgi” deyə zənn etdikləri hiss vardır. Ancaq aradan keçən zaman fasiləsi bu duyğunun sevgi olmadığını ortaya çıxarır.
Həqiqi sevgi, sınaqlardan keçdiyi təqdirdə, heç bir şəkildə zədələnməyən; vaxta, çətinliklərə, çatışmazlığa, yanlışlara qarşı mübariz və hər keçən gün daim artan duyğuya verilən addır.
Əgər insanın “sevgi” deyə adlandırdığı hisləri bu xüsusiyyətlərdən uzaqdırsa, belə olduqda bu duyğunun adı ancaq “keçici həvəs”, “keçici bəyənmə”, “keçici maraq”, “vaxt keçirmək üçün əyləncə” ola bilər.
Bu kimi hisslərin “sevgi” olmadığının əlamətləri də aşkardır. Bu hissləri yaşayan insan, “çox sevirəm” deyər, ancaq ən kiçik anlaşılmazlıqda asanlıqla “küsər”. “Çox sevirəm” deyər, amma “qısa müddətdə bezər”. “Çox sevirəm” deyər, amma nəfsinə və mənfəətlərinə uyğun gəlmədikdə dərhal “sözündən dönər”. “Çox sevirəm” deyər, ancaq qarşısındakı insanın “ən kiçik acizliyini gördükdə dərhal üz döndərər”. “Çox sevirəm” deyər, hər hansı vəziyyət qarşısında qaldıqda tərəddüdsüz “sevdiyini unudur”. “Çox sevirəm” deyər, amma sevdiyi insana “iftira atıldıqda dərhal buna inanar”. “Çox sevirəm” deyər, bir müddət uzaq qaldıqda, “tez unudar”. “Çox sevirəm” deyər, amma “keçən zaman müddəti bu sevgini artırmaq yerinə, azaldar”. “Çox sevirəm” deyər, ancaq “çətin zamanlarında bu insanın çətinliklərinə ortaq olub, ona dəstək olmaq yerinə, onu öz problemləri ilə yalnız buraxıb, həyatını yaşamağa davam edər”…
I …Cahiliyyə cəmiyyətlərində “sevgi” adı verilən bu hisslərin əslində sevgi olmadığı insanlar tərəfindən çox yaxşı bilinən həqiqətdir. İnsanların iddia etdikləri, insanları necə asanlıqla həyatından çıxardıqlarını göstərən əlamətlər, cəmiyyətdə yaxşı bilinən, məşhur davranışlardır. Hətta bu davranışlar, bu tip insanlar üçün həyatın qanunu kimidir. Atalar sözlərində, deyimlərdə insanlar sıx- sıx bu qanunları dilləri ilə bəyan edirlər. İnternetdə “sevgi” adı altında yazılan yazılarda, kitablarda, insanların sehifələrlə yazdıqları məqalələrdə bu məşhur sevgi anlayışının əslində həqiqi sevgi olmadığı açıq şəkildə ifadə edilməkdədir.
“Gözdən uzaq, könüldən də iraq olar” və ya “Sev məni, sevim səni” kimi sözlər insanların sevgiyə olan yanlış tərəfini göstərən nümunələrdəndir.
Belə yanlış fikirlər həqiqətən sevən insanlarda əsla meydana gəlməz. Həqiqi sevgidə ən əsas amillərdən biri də, sevən insanın sevgisinə sadiq olmasıdır. Həyatında baş verən heç nə, çevrəsində baş verən heç bir hadisə, sevdiyi insanın hərəkətlərində, hislərində meydana gələn heç bir dəyişiklik bu insanın sevgisinə mənfi təsir göstərməz. Həqiqi sevgi, hər şeyə qarşı mübarizədir. Hətta, mənfi təsirlər belə bu insanın sevgisini daha da artıran, coşduran ünsürlərdir. “Küsmək, incimək, hirslənmək, bezmək, çətinlikdə sevdiyini yalnız qoymaq, tərk etmək ya da unutmaq” kimi hərəkətlərin həqiqi sevgidə yeri yoxdur.
Çünki “həqiqi sevgi”, Allah sevgisinə əsaslanan sevgidir. Və bu cür sevgi anlayışı yalnız imanın və Quran əxlaqının yaşandığı təqdirdə qazanıla bilər. Sevgisi, Allah sevgisinə və imana əsaslanan insan, əsla sevdiyinə vəfasızlıq, sədaqətsizlik, göstərmir. Pulun, mövqeyin ya da maddi dəyərlərin heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən də nə dəyişən şərtlər, nə acizliklər, nə də öz mənafeyini güdmək kimi dünyəvi istəklər, belə bir sevgini əsla zədələyə bilməz. Möminin Allaha qarşı duyduğu dərin eşq, coşğulu sevgi və yaşadığı gözəl əxlaq, insanlara qarşı daima sevgi bəsləmək, artırmaq kimi zəmin yaradır.

