Allah insanları yaradılış etibarilə sevgiyə uyğun şəkildə yaratmışdır. İnsanlar əsasən sevib-sevilməkdən, maraq göstərilməsindən məmnun olarlar. Lakin şeytanın bəzi insanlara qarşı işlətdiyi üsullar nəticəsində, həmin insanlar özlərini bu nemətdən məhrum edərlər. Şeytanın göstərdiyi yola tabe olmaq üçün, bilmədən özlərinə çox çətin həyat yaşadar və özlərini bütün gözəlliklərdən bilərək və istəyərək məhrum edərlər.
Lakin şeytanın insanlara etdirdiyi digər bütün davranış pozuntuları kimi əslində bu da insanın yaradılışına zidd vəziyyətdir. Quranın; “onları (hökmən) sapdıracaq, ən ağlasığmaz xülyalara salacaq, onlara mütləq davarların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Kim Allahı tərk edib Şeytanı özünə dost (vəli) tutsa, şübhəsiz ki, o, açıq-aydın ziyana uğramışdır” (Nisa surəsi, 119) ayəsi ilə bildirildiyi kimi, şeytan insanların fitrətini pozaraq zövq alıb xoşbəxt olacaqları həyatı yaşamalarına mane olar.
Tam əksinə, onları özlərinə zülm edəcəkləri, nemətlərdən məhrum qalacaqları mühitə sürükləyər. Sevgi də Allahın dünya həyatında insanlar üçün yaratdığı ən böyük, ən gözəl nemətlərdən biridir. Lakin şeytanın təsiri altındakı bir insan sevib-sevilməkdən məhrum qalar. Şeytan əslində sevgiyə çox açıq olan bu insanları müxtəlif bəhanələrlə sevgilərini bəlli etməmələri, gizlətmələri və hətta imtina etmələri üçün razı salmağa çalışar. Verdiyi təlqinlərlə onları sevdikləri və həqiqətən seviləsi bir çox xüsusiyyətə sahib insanlara qarşı tərs, soyuq və etinasız davranış göstərməyə məcbur edər.
Şeytanın tələsinə düşənlər bir tərəfdən sevgilərini lazımınca yaşaya bilməmələrinin, digər tərəfdən də buna görə sevilməmələrinin sıxıntısını yaşayarlar. Seviləcək bir çox xüsusiyyətə sahib insanlara qarşı bilərək tərs və soyuq rəftar göstərmələri, bu kəsləri də sevilməyəcək insanlar halına gətirər və şeytanın təsiri ilə seviləcək bütün xüsusiyyətləri korlaşar. Quranda; “şübhəsiz ki, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar öz nəfslərinə zülm edirlər!” (Yunis surəsi, 44) ayəsi ilə xatırladıldığı kimi, insanlar bu vəziyyəti öz əlləriylə yaradırlar.

