Sevgini yaradan Allahdır

İnsanların qəlbinə sevgi və dostluq verənin Allah olduğu bir çox ayədə bildirilir

İnsanların qəlbinə sevgi və dostluq verənin Allah olduğu bir çox ayədə bildirilir. Məsələn Allah bir ayədə möminləri bir yerə gətirənin, onların arasını düzəldib onları bacı-qardaş olaraq dost edənin Özü olduğunu belə bildirmişdir:

Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz. (Ali İmran surəsi, 103)

Allah başqa ayələrində isə, iman edənlərə sevgi yaradanın, onlara sevgi həssaslığı verənin Özünün olduğunu bildirir.

Öz tərəfimizdən (ona) mərhəmət və paklıq da verdik. O, təqva sahibi idi. (Məryəm surəsi, 13)

Şübhəsiz, Rəhman (olan Allah) iman gətirib yaxşı işlər görənlərin qəlbində bir-birinə qarşı sevgi yaradacaqdır. (Məryəm surəsi, 96)

Ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən zövcələr xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünənlər üçün ibrətlər vardır. (Rum surəsi, 21)

Allah düşmənliyi olan insanlar və möminlər arasında sevgi yaradacağını söyləyir. Bu həm möminlərin, həm də digər bütün insanların qəlbinin Allaha aid olduğunu göstərən bir başqa ayədir.

Ola bilsin ki, Allah sizinlə düşmənləriniz arasında bir sevgi (dostluq) yaratsın. Allah hər şeyə qadirdir. Allah bağışlayandır, rəhmlidir. (Mumtəhənə surəsi, 7)