Sevgini necə əldə edək?

Allah rizası üçün sevmək

Dünya həyatındakı yeganə məqsədləri Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olan və Allaha ürəkdən təslim olan möminlər bütün həyatlarını Allah üçün yaşayırlar. Quranın «De: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!» (Ənam surəsi, 162) ayəsi ilə bildirilidiyi kimi, gördükləri hər işdə, göstərdikləri hər davranışda Allahın rizasını qazanmağı məqsəd güdürlər. Allahın rizasını və razılığını qazanmaq üçün sahib olduqları hər şeyi sərf edən möminlərin sevgiləri də yenə ancaq Allah üçündür. Allahı bütün sifətləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hər an hiss edən möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək qədər güclüdür.