Sevgi konstitusiyaya maddə olaraq əlavə olunsun

İslam dünyaya sevgi və fikirlə hakim olacaq

İslam gözəllik, sevgi, qardaşlıq, sülh, nəzakət, mərhəmət, bağışlayıcılıq dinidir. Bir insanın gözəl şəkildə xəyal etdiyi nə varsa, hər şey İslamda cəmləşib. Bütün bunların yaşanması üçün dini Allahın bizdən istədiyi kimi yaşamalıyıq. Bu da  sadəcə Qurana tabe olmaqla mümkündür.

Allah müsəlmanlara Qurandan məsul tutulacaqlarını bildirmişdir:

“Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.” (Züxruf surəsi, 44)

Yer üzündə zülmlərin bitməsini istəyən, müsəlmanların layiq olduqları şəkildə yaşamalarını tələb edən, Peyğəmbərimizin (səv) yolu ilə gedən hər bir insan kimlərinsə fikirlərinə görə deyil, Allahın Quranda əmr etdiklərinə görə yaşamalıdır.

Rəsulallahın (səv) ümməti barəsində tək şikayəti Quranı tərk etmiş olmaları idi:

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək.(Furqan surəsi, 30)

Bu gün İslam aləmi şiddətlər yaşayırsa, müsəlmanlara bir çox yerdə dəyər verilmirsə, İslam dünyasında kasıblıq və yoxsulluq geniş yayılıbsa, müsəlmanlar başqalarını günahlandırmağa başlamazdan əvvəl “Görəsən, harada səhv edirik?” deyə düşünməlidirlər. Bu sualın isə Peyğəmbərimizin (səv) söylədiyi kimi yeganə cavabı var: Qurandan uzaqlaşmaq.

Gəlin birlikdə dəccaliyətin müsəlmanlara qarşı oynadığı oyununu pozaq. Birlik olub Allahın endirdiyi nur kimi tərtəmiz Kitabımızdan möhkəm yapışaq, Allahın bizdən istədiyi kimi gözəl əxlaq göstərək, çalışqan, diqqətli, bağışlayıcı, təvazökar, sevgi dolu, əzimli və qərarlı olaq. Gəlin birlikdə şiddətin deyil, sevgi ruhunu hakim qılıb İslamın dünyanı aydınlatmasına vəsilə olaq. Müsəlmanların mübarizəsi fikirlə, təbliğlə olmalıdır.