Sevgi azlığı böyük bəladır

Sevgisizliyin yaşandığı cəmiyyətdə üz-üzə gəlməkdən və bir-birlərinə salam verməkdən qaçan

Sevgisizliyin yaşandığı cəmiyyətdə üz-üzə gəlməkdən və bir-birlərinə salam verməkdən qaçan, “Mənə toxunmayan ilan min il yaşasın” məntiqi ilə hərəkət etdikləri üçün ehtiyac içində olana əsla kömək etməyən, öz ehtiyaclarını və mənfəətlərini həmişə ön planda tutan; xudbin, xoş söhbətdən uzaq, donuq, robotlaşmış və sevgidəki kimi hörmətdən də məhrum nəsillər yetişir. Yaşadığımız Axırzamanda sürətlə artan degenerasiyanın əsl qaynağı da cəmiyyətdə yaşanan bu sevgi azlığıdır.

Dünyada insanlar arasında həqiqi dostluq və ittifaq yarada bilən yeganə güc ancaq imandır. Hesab günündən qorxan möminlər dostluğu ilə dünyada başlayıb axirətdə də sonsuza qədər davam edəcək möhkəm ittifaqın təməllərini atmış olurlar. Bir-birlərini heç bir çıxar, ya da mənfəət güdmədən, xalis niyyətlə və yalnız Allah rizası üçün sevər, Allah rizası üçün dost olarlar. Təməli Allah sevgisinə və Allah qorxusuna söykənən bu bağ Allahın diləməsi xaricində heç bir şəkildə qırılmaz.

Kainatdakı bütün gözəllikləri yaradan, gözəlliyin və mükəmməlliyin əsas sahibi olan Allahdır. İnsana zövq verən hər detal Allahın üstün gözəlliyinin, yaratdığı varlıqlardakı təcəllisidir. Ruhun bu gözəlliklərdən həyəcan duyması və davamlı gözəl olanı axtarmasını təmin edən isə Rəbbimizin insanı yaradarkən onun ruhuna ilham etdiyi sevgi həssaslığıdır. Digər insanlardakı təqdir ediləcək mömin xüsusiyyətlərini görmək və bunlara daha gözəli ilə cavab vermək kimi insanı digər canlılardan ayıran bir çox üstün əxlaqi xüsusiyyət sevməyə və sevilməyə olan bu həssaslıqla şəkillənir.

İnsanın ruhundakı bu sevmə və sevilmə meyli bəzi insanlarda başqalarına görə daha güclüdür. İnsanların bəziləri varlıqlardakı sevilməyə layiq xüsusiyyətləri detallı olaraq tanıya bilirlər və bu xüsusiyyətlər onların ruhuna dərin zövq verir. Sevgi, şəfqət və coşğu meydana gətirən yönləri görə bilməyən, ya da bunlara laqeyd yanaşanlar isə daha donuq və qatı bir ruh halındadırlar. Başqa sözlə, insandakı sevgi həssaslığı insanın ruh halı və yaşadığı əxlaqla düz mütənasibdir.

Dolayısı ilə sevgini qəbul etmə və yaşama şəkli insanın səmimi olaraq iman etməsinə və imanın gətirdiyi nemət olan həqiqi mənada yaxşı, şəfqətli və mərhəmətli, ağıllı və etibarlılığına bağlıdır.

Həqiqi sevən insan sevdiklərinə hörmət edər, onları ucaldar. Onları dünya və axirətdə zərər verən şeylərdən çəkindirər. Onların yaxşılığı, rahatlığı, təhlükəsizliyi üçün səmimiyyətlə çalışar. Hamısından əhəmiyyətlisi sevgisi müəyyən şərtlərə bağlı deyil. Sevgisinə qarşılıq gördüyü təqdirdə sevən bir insan həqiqi mənada sevginin nə olduğunu bilmir. Həqiqi sevgidə qarşılıq ancaq Allahdan gözlənilər. Əsl məqsəd Allahın rizasını qazana bilməkdir.

Həqiqi sevgidə bir adamın gözəlliyini, maddi təcrübəsini, etibarını itirməsi qəti şəkildə əhəmiyyət kəsb etmir. Tək əhəmiyyətli olan adamın əxlaqı və xarakteridir. İnsanlar bir-birlərinin şəfqət, mərhəmət, comərdlik, incə düşüncə, fədakarlıq kimi gözəl xüsusiyyətlərinə hər şahid olduqlarında sevgiləri daha da artar. Zaman keçdikdə insanların şəxsiyyətinin inkişafı, əxlaqının gözəlləşməsi, davranışlarının mükəmməlləşməsi ilə yanaşı, bir-birlərinə qarşı hiss etdikləri sevgi də dərinləşir. Həqiqi sevgidə əsla bezmək və sıxılmaq yoxdur.

Həqiqi sevgini yaşaya bilmək dünyada insana verilmiş ən böyük və ən gözəl nemətlərdən biridir. Bu nemət Allahın səmimi və dərindən iman edən qullarına bir ehsanıdır.

Quran əxlaqının yaşanmadığı cəmiyyətdə həqiqi sevgini tapanlardan çox, tapdığını zənn edib yanıldığını anlayanların şikayət və peşmanlıqlarına rast gəlinir. Bu yanılma və peşmanlıqların səbəbi insanların bir çoxunun fərqində olmadıqları bir həqiqətdir. Seviləcək varlıqları yaradan Allahdır və insana bu varlıqları sevmə qabiliyyətini verən də yenə ancaq Rəbbimizdir. Bu səbəbdən, sevgi kimi böyük və bənzərsiz bir nemətə layiq olmaq üçün sevginin əsas sahibi olan Allaha səmimi olaraq iman etmək, Onu hər şeydən çox sevmək, Ona könüldən bağlanmaq və Onu razı edəcək şəkildə davranmaq lazımdır.

Həyatı boyunca Allahın rizasını axtaranları iman etməyənlərdən ayıran xüsusiyyət onların Allahı hər şeydən çox sevmələri və Rəbbimizə duyduğu dərin sevgi və qorxularından ötrü gözəl əxlaqlı və gözəl davranışlı olmalarıdır. Möminlər sevərkən də sevdikləri bütün varlıqları Allahın yaratdığını, onlara seviləcək xüsusiyyətləri verənin Allah olduğunu, Allah dilədiyi üçün sevgini hiss etdiklərini bilərək və yenə sevgilərini Rəbbimizə yönəltdiklərini unutmadan sevərlər. Səmimi olaraq iman edənlərin sevgisi həmişə Qurandakı sevgi anlayışına uyğun gəlir. Möminlər bu barədə son dərəcə ciddi davranırlar. Bu ciddilik onları öz nəfsi üçün sevgi axtaranlardan ayırd edən təməl fərqlərdəndir.