Yer üzündə Allahın möminlərə yaşatdığı imtahanın çox əhəmiyyətli bir sirri vardır. Bu sirrin təməlində “tale” həqiqəti vardır. Müsəlman, Allahın hər şeyi bir tale üzrə yaratdığını və başına gələnlərin yalnız Allahın diləməsi ilə reallaşdığını bilər. İnsanların həyatlarındakı yaşadıqları bütün detalları yaradan Allahdır. Ənam surəsində yer üzündə meydana gələn kiçik böyük bütün hadisələrin Allahın diləməsi ilə reallaşdığı belə ifadə edilir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
İnsan, zamana bağlı yaşayan və hadisələri yalnız yaşadığı andan baxaraq qiymətləndirə bilən bir varlıqdır. Beləliklə, insan gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki hikmətləri, gözəllikləri və xeyirləri də hər zaman görə bilmir. Lakin zamandan münəzzəh olan və zamanı yaradan Allah, zamana asılı olan bütün varlıqların həyatını “zamanın xaricindən” görə bilir. Bax bu nöqtədə qarşımıza çıxan tale həqiqətidir. Tale, Allahın keçmiş və gələcək bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “sonu bilinməyən hadisələr” yalnız bizim üçün bir “naməlum”dur. Allah bizim bilmədiyimiz bu hadisələrdən agahdır.
Bu səbəblə də, insanın imtahanı əvvəli və sonu müəyyən olan bir imtahandır. Keçmiş, gələcək və içində yaşadığımız an Allah Qatında birdir; hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq zamanı gəldiyində yaşayaraq öyrənərik. Beləliklə, bu “tale elmi” inkarçıların agah ola bilmədikləri böyük bir elmdir. Müsəlmanların dünya və axirət həyatındakı bütün çətinliklərə və sınaqlara gözəl bir səbir göstərmələrinə vəsilə olan da bu elmdir. İman edənlər “Allahın icazəsi olmadan heç bir müsibət (heç kimə) isabət etməz. Kim Allaha iman etsə, onu hidayətə yönəldər. Allah, hər şeyi biləndir.” (Teğabün surəsi, 11) ayəsində də bildirildiyi kimi, başlarına gələn hər şeyin bir tale üzrə reallaşdığını bilmənin rahatlığını və hüzurunu yaşayarlar.

