Şərab mövzusu ilə bağlı yanlış şərh etmə

Quranda şərab mövzusundakı ziddiyyət iddiası

Bəzi ağılsızların Quranda, guya ziddiyyət olaraq göstərməyə çalışdıqları mövzulardan biri, şərabın dünyada haram edildiyi halda niyə cənnətdə bir ziyafət olaraq verilməsidir. Bu cür anlayış çatışmazlığı Quranı tam bilməmək, ağlını işlədə bilməmək, pis niyyətli və qərəzli bir dünyagörüşünə sahib olmaqdan qaynaqlanır. İndi belə ağılsız bir iddianın nə üçün məntiqsiz və əsassız olduğunu təhlil edək:

Birincisi, cənnətdə təklif edilən şərabla dünyadakı şərabın fərqli xüsusiyyətlərə sahib olduğunu aşağıdakı ayələrdən başa düşürük:

Çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə ki, ondan başları ağrımaz və məst olmazlar. (Vaqiə surəsi, 18-19)

Göründüyü kimi, cənnətdə təklif edilən içki dünyadakı şərabın mənfi təsir və xüsusiyyətlərindən təmizlənmiş bir içki növüdür. Ayədə ifadə edildiyi kimi nə baş ağrısı verər, nə də məst edər. Yəni həzz və ləzzət verməsinə baxmayaraq sərxoşedici və narahatlıq verici bir xüsusiyyəti yoxdur. Bu xüsusiyyətlərə sahib bir şərabın da cənnət nemətlərindən biri nemət olmasında ən kiçik bir ziddiyyət yoxdur.

Allahın bildirdiyi bu mövzunu öz aləmində ziddiyyətli hesab edən bir kimsənin anlayışından şübhəyə düşməmək qeyri-mümkündür. Cəhalət və azğın bir məqsədlə Qurana yaxınlaşan bir kimsənin ağlının bu dərəcə az olması, ən aydın mövzuları belə anlamayacaq acizliyə düşməsi də Quranın möcüzələrindəndir.

@quranda_ibadetler səhifəsində Nisa surəsi 43-cü ayəsi ilə bağlı geniş məlumat alabilərsiniz…