Təkamül nəzəriyyəsinin bütün dünya səviyyəsində ən çox təkrar edilən dəlillərinin əsasında guya, XIX əsrdə İngiltərədə reallaşan sənaye inqilabı dövründəki güvə populyasiyası durur. İddiaya görə sənaye inqilabındakı hava çirkliliyi ağac qabıqlarının rəngini tündləşdirmiş, bu səbəblə tünd rəngli güvələr daha asan kamuflyaj olaraq ovçu quşlardan qorunmuş və nəticədə tünd rəngli güvələrin sayı artmışdır.
Amma bu bir təkamül deyil, çünki yeni bir güvə növü yaranmamış, sadəcə onsuz da mövcud olan növlərin say nisbəti dəyişmişdir. Bunun xaricində, güvələrlə əlaqədar bu iddianın söykənildiyi hekayənin də doğru olmadığı aydın olmuşdur: Güvələri ağacların üzərinə qoyaraq göstərən məşhur fotoşəkillərin saxta olduğu və iddia edilən “sənaye melanizminin” (sənaye çirkliliyi səbəbiylə rəngin tündləşməsi) heç bir zaman yaşanmadığı aydın olmuşdur.
